Allahverdi Həsənov — texnika elmləri doktoru, professor, AMEA İdarəetmə Sistemləri İnstitutunun 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin müdiri.

Allahverdi Həsənov
Həsənov Allahverdi Biyakir oğlu
Allahverdi Həsənov
Allahverdi Həsənov.
Doğum tarixi 16 fevral 1957 (1957-02-16) (67 yaş)
Doğum yeri Kiş, (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA İdarəetmə Sistemləri İnstitutu, 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsi (şöbənin müdiri)
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1973–1978)

 • Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutu, aspirantura (1980–)

Haqqında məlumatlar

16 fevral 1957-ci il tarixdə (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1973-cü ildə Kiş kənd 1 №-li orta məktəbini bitirib.

1973 – 1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1980-cı ildə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1978-ci ildə təyinat üzrə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun riyazi modelləşdirmə üzrə xüsusi konstruktor bürosunda işə başlayıb.

1992-ci ildən AMEA İdarəetmə Sistemləri İnstitutunda sektor və laboratoriya rəhbəri vəzifəsində çalışmış, daha sonra isə 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin müdiri olmuşdur.

İkinci iş yerləri

Azərbaycan Memarlıq və İnşaat Universitetində professor (0,5 ştat) vəzifəsində çalışır.

Elmi fəaliyyəti

1984-cü ildə deformasiya edən bərk cisimlərin mexanikası ixtisası üzrə “Özlü elastik mühitlərdə qərarlaşmamış istilik mexaniki dalğaların yayılmasının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını,

2005-ci ildə “Mexaniki sistemlərin xarici qeyri-stasionar təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış 140 elmi əsərin (28-si xarici ölkədə çap olunmaqla) müəllifidir. 4 fəlsəfə doktorunun elmi rəhbəri olub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Həsənov Allahverdi // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 236-237. — 1.000 nüsx.
  2. "İdarəetmə Sistemləri İnstitutu elmlər doktorları/Həsənov Allahverdi Biyakir oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 23 Sep 2020 tarixində arxivləşdirilib.