Allahyar Əhmədov

Aydinsalis (Müzakirə | töhfələr) (→‎Vafatı) tərəfindən edilmiş 22:44, 9 sentyabr 2021 tarixli dəyişiklik

Allahyar Əhmədov (1896–1980) — sovet dövründə Şəkidə tanınmış partiya və dövlət məmuru; Şəki qəza İcraiyyə Komitəsi sədri, Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri, V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi və s. məsul vəzifələrdə çalışmışdır.

Allahyar Əhmədov
Əhmədov Allahyar Ramazan oğlu
Allahyar Əhmədov
Allahyar Əhmədov.
Doğum tarixi 1896(1896-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1980(1980-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (84 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Qırmızı Ulduz" ordeni

Haqqında məlumatlar

1896-cı ildə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

Əmək fəaliyyəti

12 yaşından Nuxadakı ipək fabriklərində işləyib.

1923 – 1930-cu illərdə bir sıra məsul vəzifələrdə çalışıb; o cümlədən, zavod komitəsinin sədri, toxucular ittifaqının sədri, pedaqoji məktəbdə direktor müavini, xalq hakimi, prokuror köməkçisi, Şəki qəza İcraiyyə Komitəsi sədrinin müavini, sonra isə sədri olub.

1942 – 1946-cı illərdə Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri,

Daha sonra on il V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi vəzifəsində çalışıb.

1967-ci ildən Ümumittifaq əhəmiyyətli fərdi pensiyaçı idi.

İctimai-siyasi fəallığı

1917 – 1920-ci illərdə Nuxa fəhlə tətillərinin fəal iştirakçısı və təşkilatçısı olub.

1920-ci ildən kommunist partiyasının üzvü olub.

Təltif və mükafatları

Vəfatı

1980-cı ildə – 84 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. A.R.Əhmədov (nekroloq) (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —20 fevral  c. — № 5 – 6 (1363). — Səh. 3.
  2. Məmmədov Ə., Xalıqov F. Əhmədov Allahyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 185. — 1.000 nüsx.

Həmçinin, bax: