Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Ana harayı

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{GY |Azərbaycanca adı = Ana harayı |Orijinal adı = |Tip = heykəl |Şəkil...' ilə yarat) tərəfindən edilmiş 01:06, 26 fevral 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
heykəl
Ana harayı
Ana harayı.
Ana harayı.
Ölkə Azərbaycan
Yerləşdiyi yer Bakı
Heykəltəraş Aslan, MahmudTeymur Rüstəmovlar
Tikinti ???—26 fevral 2008 
Hündürlük 8,6 (postamentsiz 3,2) m
Material tunc və qara mərmər
Ana harayı (Bakı)
Red pog.png
Koordinatlar 40°22′59″N 49°52′26″E / 40.383°N 49.8739°E / 40.383; 49.8739 Map marker.svg40°22′59″N 49°52′26″E / 40.383°N 49.8739°E / 40.383; 49.8739

“Ana harayı” heykəli — Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə. Tunc və qara mərmərdən hazırlanmışdır. Yerdən hündürlüyü postamentlə birlikdə 8.6 metr, postamentsiz isə 3,2 metrdir. Abidənin memarı Camal Rəşid Əlizadə, heykəltəraşları Aslan, MahmudTeymur Rüstəmovlardır. Heykəldə evdən gecə köynəyində qaçmağa məcbur olmuş və əlindəki ölmüş körpəni ürəyinə sıxmış ana təsvir edilib. Heykəlin hazırlanması zamanı Çingiz Mustafayevin çəkdiyi fotolardan istifadə olunmuşdur. Postamentdə yerləşdirilmiş barelyeflərdə soyqırım zamanı öldürülmüş qadınlar, uşaqlar, qocalar, eyni zamanda ölmüş körpəni kamera ilə çəkən Çingiz Mustafayevin özü də təsvir edilib. Postamentin aşağı hissəsində isə soyqırımı haqqında rəqəmli faktlar və öldürülmüş insanların siyahısı həkk olunub.