"Ana səhifə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
<templatestyles src="Şablon:Ana səhifə/styles.css" />__NOTOC____NOEDITSECTION__ | <templatestyles src="Şablon:Ana səhifə/styles.css" />__NOTOC____NOEDITSECTION__ | ||
− | {{Ana səhifə/Papaq/ | + | {{Ana səhifə/Papaq/6}} |
<div class="main-wrapper"> | <div class="main-wrapper"> | ||
<div class="main-wrapper-column"> | <div class="main-wrapper-column"> |
17:25, 24 yanvar 2023 versiyası
♦ Anadan olanlar (4) ♦ Vəfat edənlər (1)
24 aprel
- Tanınmış bank işçisi, Azərbaycan SSR əməkdar iqtisadçısı İbrahim Həsənov (1927–2002) 24 aprel 2002-ci il tarixdə – 75 yaşında, Şəkidə vəfat edib. O, uzun müddət Şəkidə bank sektorunda müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, 1975-ci ildən SSRİ Dövlət Bankının Şəki şöbəsinin müdiri olmuşdur.
Şəkil: İbrahim Həsənov.
Tələt Qasımov
Tələt Qasımov (1939–1999) — görkəmli dövlət xadimi və tibb işçisi, tibb elmləri namizədi, Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci və sabiq səhiyyə naziri; 1979 – 1992-ci illərdə Azərbaycan SSR-in (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub. 1992 – 1993-cü illərdə Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Atası: Əli Qasımov, Nuxada (indiki Şəki) anadan olmuş, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışmış, Bakıda tibb məktəbinin müdiri olmuş, 1941-ci ildə könüllü olaraq müharibəyə getmiş, 1942-ci ildə itkin düşmüşdür. Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürrəhmanovun əmisi qızı, həkim...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Bilirsinizmi?
- 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.
- 2 fevral 2023-cü-cü il tarixdə Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhman Orxan 73 yaşında vəfat edib. O, vaxtilə, “Vışka” qəzetinin xüsusi müxbiri, rusca “Bakines” qəzetinin həmtəsisçi redaktoru olmuşdur.
- 19 yanvar 2024-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində Rahim Həsənov və Aydın Məmmədovun birlikdə tərtib etdikləri “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” adlı kitabın təqdimat mərasimi keçirilib.
- 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.
- 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.
- 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.
- 4 iyul 2023-cü il tarixdə humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi Azad Cəfərlinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunması xəbəri internetdə yayılıb.
- Qeyd: “Şəki Ensiklopediyası”nın sonradan əldə etdiyi məlumatlara görə, o, ən geci iyun ayının ortalarında həmin vəzifədə işləyir.
- 16 – 26 iyun 2023-cü il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçıları – FİDE Ustası (FM) Süleyman Süleymanlı və İslam Hacıalıyev, öz yaş qruplarında (müvafiq olaraq 18 və 16 yaş) ikinci yerləri tutaraq Avropa çempionatına vəsiqə qazanıblar.
- 25 iyun 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Elvin Hüseynəliyev III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. O, Vətən müharibəsi iştirakçısıdır və 2022-ci ilin sentyabr ayında Kəlbəcər döyüşlərində yaralanmışdır.