WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:17, 11 yanvar 2021 tarixli dəyişiklik

Əsgər Xəlilov (Xəlilov Əsgər Sabir oğlu; d.  4 may 1955, Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRI) – general-leytenant, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı olub.

Əsgər Xəlilov
Xəlilov Əsgər Sabir oğlu
Əsgər Xəlilov
Əsgər Xəlilov
Doğum tarixi 4 may 1955 (1955-05-04) (66 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Moskva Ali Sərhədçilər Məktəbi (1972 – 1976)

SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbi (1978 – 1980)
Hərbi fəaliyyəti
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının general-leytenantı.png General-leytenant
Vəzifəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017 – 2020 )
İstefada 27 fevral 2020
Təltifləri Azərbaycan Bayrağı ordeni - lent (2009).png Vətənə xidmətə görə I, II və III dərəcəli ordeni.png Vətənə xidmətə görə I, II və III dərəcəli ordeni.png Azərbaycan Respublikasının “Rəşadət” ordeni (1-ci dərəcə) - lent.jpg "Hərbi xidmətlərə görə" medalı "Vətən uğrunda" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Haqqında məlumatlar

1955-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub.

Təhsili

1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib.

1972 – 1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində,

1978 – 1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb.

Xidməti fəaliyyəti

1976-cı ildə SSRİ sərhəd zastavasında xidmətə başlayıb, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirib.

1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub.

1988 – 1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb.

1992 – 2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub.

2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub.

2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanı olub.

27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Hərbi rütbəsi

  • General-mayor (2009);
  • General-leytenant (2018).

Təltifləri

  1. “Hərbi xidmətlərə” görə medalı (2002);
  2. “Vətən uğrunda” medalı;
  3. “Azərbaycan Bayrağı” ordeni;
  4. II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri;
  5. III dərəcəli “Hərbi xidmətlərdə fərqləndiyinə görə” medalı;
  6. III dərəcəli “Rəşadət" ordeni (2020);

...ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı.

İstifadə edilmiş mənbələr