Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ana səhifə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Removed protection from "Ana səhifə") tərəfindən edilmiş 23:18, 11 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əsgər Xəlilov
Xəlilov Əsgər Sabir oğlu
Əsgər Xəlilov
Əsgər Xəlilov
Doğum tarixi 4 may 1955 (1955-05-04) (68 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Moskva Ali Sərhədçilər Məktəbi (1972 – 1976)

SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbi (1978 – 1980)
Hərbi fəaliyyəti
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının general-leytenantı.png General-leytenant
Vəzifəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017 – 2020 )
İstefada 27 fevral 2020
Təltifləri "Azərbaycan Bayrağı" ordeni Şablon:"Vətənə xidmətə görə" ordeni Şablon:"Vətənə xidmətə görə" ordeni Şablon:"Rəşadət" ordeni "Hərbi xidmətlərə görə" medalı "Vətən uğrunda" medalı 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

Əsgər Xəlilov (Xəlilov Əsgər Sabir oğlu; d.  4 may 1955, Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRI) – general-leytenant, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı olub.

Haqqında məlumatlar

1955-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub.

Təhsili

1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib.

1972 – 1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində,

1978 – 1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb.

Xidməti fəaliyyəti

1976-cı ildə SSRİ sərhəd zastavasında xidmətə başlayıb, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirib.

1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub.

1988 – 1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb.

1992 – 2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub.

2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub.

2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanı olub.

27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Hərbi rütbəsi

  • General-mayor (2009);
  • General-leytenant (2018).

Təltifləri

  1. “Hərbi xidmətlərə” görə medalı (2002);
  2. “Vətən uğrunda” medalı;
  3. “Azərbaycan Bayrağı” ordeni;
  4. II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri;
  5. III dərəcəli “Hərbi xidmətlərdə fərqləndiyinə görə” medalı;
  6. III dərəcəli “Rəşadət" ordeni (2020);

...ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı.

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə