Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

Ana səhifə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni '<templatestyles src="Şablon:Ana səhifə/styles.css" />__NOTOC____NOEDITSECTION__ {{Ana səhifə/Papaq}} {{Şəki Ensiklopediyası}} <div class="main-wrapper"> <div class...' ilə yarat) tərəfindən edilmiş 12:32, 8 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Cəmi məqalə: 809. Yoxlanılmış məqalə: 620.

  • Dinarə Əliyeva.jpg
    Dinarə Əliyeva – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti (2018)...
  • Ceyhun Əfəndiyev.jpg
    'Ceyhun Əfəndi (Əfəndiyev Ceyhun Vüsal oğlu; d. 1978-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair, tərcüməçi, jurnalist Hikmət Ziyanın nəvəsidir...
  • Fərrux Yusifov.jpg
    Fərrux Yusifov (Yusifov Fərrux Oruc oğlu; d. 17 aprel 1916-cı ildə, Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 3 iyul 1976-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru...
  • Tələt Qasımov.jpg
    Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992)...
  • Bəxtiyar Məmmədov1.jpg
    Bəxtiyar Məmmədov — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, Sosialist Əməyi Qəhrəmanı; 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır...
  • Zaman bəy Şıxəlibəyov.jpg
    Zaman bəy Şeyxəlibəyov (1838 – 1904) — Rusiya İmperiyasında dövlət müşaviri(ru) (rus.: статский советник), tərcüməçi və diplomat.
Şəki Ensiklopediyasının yeni məqalələrindən 6 nümunə
  • Albert Mustafayev12.jpg
    Albert Mustafayev — görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi...
  • Perviz Abbasov.jpg
    Pərviz Abbasov — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının dosenti, Bakıda fəaliyyət göstərən ən böyük tibb mərkəzinin – “Yeni Klinika”nın direktoru.
  • Şəki qəzası1928.png
    Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi...
  • Adil Qeybulla2.jpg
    Adil Qeybulla (Qeybullayev) — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru...
  • Asger Xalilov.jpg
    Əsgər Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; 1992-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında xidmət etmiş, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini olmuşdur...
  • Round temple.JPG
    Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi...
Şəki Ensiklopediyasının ən çox oxunan 6 məqaləsi
Yeni məqalələrdən nümunələr (6 dənə, avtomatik dəyişilir)

Tələt Qasımov

Tələt Qasımov

Tələt Qasımov (1939–1999) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979–1992). Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb; Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun...


Seçilmiş məqalələrdən nümunələr (6 dənə, avtomatik dəyişilir)

Pərviz Abbasov

Pərviz Abbasov.

Pərviz Abbasov — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru. 2020–2021-ci illərdə Bakıda fəaliyyət göstərən ən böyük tibb mərkəzinin – “Yeni Klinika”nın, direktoru vəzifəsində çalışmışdır. 20 mart 1981-ci il tarixdə Şəkidə anadan olub. 1997–2003-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində, 2003–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin klinik ordinaturasında, 2005–2008-ci illərdə isə Azərbaycan Tibb Universitetinin aspiranturasında, 2012–2013-ci illərdə İnönü Universitetində (Türkiyə) təhsil alıb. 2008-ci ildə namizədlik dissertasiyasını, 2016-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 2020-ci ildən Bakıda yeni fəaliyyətə başlamış “Yeni Klinika” tibb müəssisəsinin direktoru...

Yeni materiallardan

Bilirsinizmi?

Fərəh Əliyeva
  • 6 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva 60 yaşının tamam olması münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Aytən Rustəmova.
  • 1 sentyabr 2021-ci il tarixdən Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktorudur. O, buna qədər həmin bankın Tacikistan bürosunun rəhbəri vəzifəsində çalışmışdır.

Ü.Hacıbəyovun heykəli, Şuşa, 2021-ci il.

Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində
  • 3 iyul 2021-ci il tarixdə – günortadan sonra, 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (?–1780) qəbri (Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə idi) açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.

Rəfsan Həbibullayev2.jpg
  • 19 – 26 iyun 2021-ci il tarixində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyinin 10-cu sinif şagirdi Rəfsan Həbibullayev həvəsləndirici mükafata layiq görülüb.

Tofiq Ağahüseynov.JPG
  • 13 may 2021-ci il tarixdə görkəmli sovet və Azərbaycan hərbçisi, general-polkovnik Tofiq Ağahüseynov 98 yaşında Bakıda vəfat edib. O, SSRİ-də general-polkovnik rütbəsinə malik olmuş yeganə azərbaycanlı olub.

Qalib Rüstəmov
  • 10 aprel 2021-ci il tarixdə coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi Qalib Rüstəmov 68 yaşında Bakıda vəfat edib.

Emin Məmmədov
  • 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Emin Məmmədovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.