Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:20, 31 iyul 2022 tarixli dəyişiklik
Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayt...

Şəki Ensiklopediyası
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Şəki Ensiklopediyasının facebook qrupu  Şəki Ensiklopediyasının facebook səhifəsi

Cəmi 1.203, yoxlanılmış 1.183 məqalə.

Təqvimin bu günü — 25 apreldə

♦ Anadan olanlar (3)  ♦ Vəfat edənlər (2)

Aydın Cəbrayılov

25 aprel

  • Tanınmış tarzən-pedaqoq Aydın Cəbrayılov (1946–2018) 25 aprel 25 aprel 2018-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib. O, uzun müddət Şəki şəhər 2 saylı uşaq musiqi məktəbində tar müəllimi vəzifəsində çalışmışdır.

Şəkil: Aydın Cəbrayılov.

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

Albert Mustafayev

Albert Mustafayev öz emalatxanasında – “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.

Albert Mustafayev (1931–2022) — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan SSR əməkdar rəssamı, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


Yeni materiallar əsasında

Bilirsinizmi?

Fikrət Məmmədov.jpg
  • 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.

Rəhman Orxan.jpg

Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə).jpeg

İlqar Mahmudov1.jpg
  • 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.

Məhəmmədhüseyn xan2.jpg
  • 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.

Cavanşir Feyziyev2.jpg
  • 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Azad Cəfərli.jpg
  • 4 iyul 2023-cü il tarixdə humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi Azad Cəfərlinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunması xəbəri internetdə yayılıb.
Qeyd: “Şəki Ensiklopediyası”nın sonradan əldə etdiyi məlumatlara görə, o, ən geci iyun ayının ortalarında həmin vəzifədə işləyir.

Süleyman Süleymanlı.jpg
İslam Hacıaliyev.jpg
  • 16 – 26 iyun 2023-cü il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçıları – FİDE Ustası (FM) Süleyman Süleymanlıİslam Hacıalıyev, öz yaş qruplarında (müvafiq olaraq 18 və 16 yaş) ikinci yerləri tutaraq Avropa çempionatına vəsiqə qazanıblar.

Elvin Hüseynəliyev.jpg
  • 25 iyun 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Elvin Hüseynəliyev III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. O, Vətən müharibəsi iştirakçısıdır və 2022-ci ilin sentyabr ayında Kəlbəcər döyüşlərində yaralanmışdır.

26 apreldə anadan olanlar (3) 26 apreldə vəfat edənlər (1) Apreldə anadan olanlar (67) Apreldə vəfat edənlər (36) Şəxslər ad sırası ilə (934) Şəxslər familiya sırası ilə (911) Mənbələr (24) Tarixi materiallar (30) Müəlliflər (25) Şəki xanları və s. (26) Görkəmli şəxslər (143) Dövlət xadimləri (47) Alimlər (273) Hərbçilər (131) Yazıçılar (78) Rəssamlar (46) Həkimlər (61) Musiqiçilər (76) Aktyorlar (37) Pedaqoqlar (315) Jurnalistlər (66) Yaşayış məntəqələri (71) Bələdiyyələr (41) İnzibati ərazi dairələri (35) Vətən müharibəsi şəhidləri (56) 

Facebook qrupumuz Facebook səhifəmiz Maliyyə dəstəyi