Ana səhifə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:23, 29 yanvar 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search


Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayt...

Şəki Ensiklopediyası
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Hal-hazırda saytda cəmi
1.120 məqalə, o cümlədən,
1.042 yoxlanılmış məqalə var.

Təqvimin bu günü — 20 martda

♦ Anadan olanlar (3)  ♦ Vəfat edənlər (2)

Ənvər Həmidov

20 mart

  • Tanınmış həkim-travmataloq, tibb elmləri namizədi Ənvər Həmidov (1937–2014) 20 mart 2014-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. O, 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987–2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul idi; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.

Şəkil: Ənvər Həmidov.

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

Albert Mustafayev

Albert Mustafayev öz emalatxanasında – “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.

Albert Mustafayev — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan SSR əməkdar rəssamı, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


Yeni materiallar əsasında

Bilirsinizmi?

Vahid Qəniyev.JPG
  • 19 mart 2023-cü il tarixdə Şəki şəhərinin və Şəki rayonunun sabiq meri Vahid Qəniyev 93 yaşında Şəkidə vəfat edib. O, 1971 – 1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1975 – 1991-ci illərdə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985 – 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Aqaəli Cəlilov.jpg
  • 14 mart 2023-cü il tarixdə Aqaəli Cəlilov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru idi.

Səbinə Hacıyeva2.png
  • 1 mart 2023-cü il tarixdə memarlıq üzrə elmlər doktoru Səbinə Hacıyeva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Rəhman Yunusov.jpg
  • 2 fevral 2023-cü il tarixdə “Gənclər Günü” münasibəti ilə Şəki Dövlət Rəsm Qalereyasında Şəkidə fəaliyyət göstərən tanınmış rəssam, Şəki Sənətkarlar Evinin xovlu tikmə ustası Rəhman Yunusovun fərdi sərgisi açılıb.

Azər Mustafazadə.jpg

Səlhab Məmmədov.jpg

Əli Məsimli2.png
  • 2 yanvar 2023-cü-cü il tarixdə Əli Məsimli 70 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Habil Xəlilov.jpg

Əsabəli Quliyev.jpg

  • Tələt Qasımov.jpg
    Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992)...
  • Adil Qeybulla2.jpg
    Adil Qeybulla (Qeybullayev) — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru...
  • Rəşid bəy Əfəndiyev, 1937.jpg
    Rəşid bəy Əfəndiyev (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr...
  • Şəki xanları və xanzadələri.jpg
    Səlim xan (?–1826) — 1795–1797 və 1805–1806-ci illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da...
  • Albert Mustafayev12.jpg
    Albert Mustafayev — görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi...
  • Şəki qəzası1928.png
    Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi...
  • Aslan Rüstəmov.jpg
    Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, Azərbaycan Respublikasının əməkdar rəssamı; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında...
  • Asger Xalilov.jpg
    Əsgər Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; 1992-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında xidmət etmiş, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini olmuşdur...
  • Fərrux Yusifov.jpg
    Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri...
  • Round temple.JPG
    Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi...
Şəki Ensiklopediyasının ən çox oxunan məqalələrindən 10 nümunə
21 martda anadan olanlar (2) 21 martda vəfat edənlər (2) Martda anadan olanlar (66) Martda vəfat edənlər (23) Şəxslər ad sırası ilə (825) Şəxslər familiya sırası ilə (803) Mənbələr (19) Tarixi materiallar (23) Müəlliflər (16) Şəki xanları və s. (17) Görkəmli şəxslər (139) Dövlət xadimləri (45) Alimlər (238) Hərbçilər (121) Yazıçılar (68) Rəssamlar (41) Həkimlər (51) Musiqiçilər (62) Aktyorlar (35) Pedaqoqlar (257) Jurnalistlər (63) Yaşayış məntəqələri (71) Bələdiyyələr (41) İnzibati ərazi dairələri (35) Vətən müharibəsi şəhidləri (56) 

Facebook qrupumuz Facebook səhifəmiz Maliyyə dəstəyi