Ana səhifə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 16:02, 12 fevral 2023 tarixli redaktə
Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayta,

Şəki Ensiklopediyasına, xoş gəlmisiniz!
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Hal-hazırda saytda cəmi 1.194 məqalə,
o cümlədən, 1.174 yoxlanılmış məqalə var.

Təqvimin bu günü — 28 martda

♦ Anadan olanlar (4)  ♦ Vəfat edənlər (2)

Adil Qəribov
Adil Qəribov

28 mart

Şəkil: Adil Qəribov.

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

Əsgər Xəlilov

Əsgər Xəlilov.
Əsgər Xəlilov.

Əsgər Xəlilov — general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müşaviri. 1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib. 1972 – 1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində, 1978 – 1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb. 1988 – 1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb. 1992 – 2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub. 2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub. 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini olub. 27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


Yeni materiallar əsasında

Bilirsinizmi?

  • 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.

  • 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.



  • 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.

  • 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.

  • 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.

  • 4 iyul 2023-cü il tarixdə humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi Azad Cəfərlinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunması xəbəri internetdə yayılıb.
Qeyd: “Şəki Ensiklopediyası”nın sonradan əldə etdiyi məlumatlara görə, o, ən geci iyun ayının ortalarında həmin vəzifədə işləyir.

  • Tələt Qasımov (1939–1999) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992)...
  • Zaman bəy Şeyxəlibəyov (1838–1904) — XIX əsrin ikinci yarısında Şərqi Türküstanda/Qərbi Çində və Mərkəzi Asiyada fəaliyyət göstərmiş məşhur diplomat, dövlət xadimi və tərcüməçi. 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorunun dəftərxanasında, əvvəl tərcüməçi, sonra baş tərcüməçi vəzifəsində çalışmış, həyatının son illərində Rusiya İmperiyasının...
  • Adil Qeybulla — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru...
  • Səlim xan (?–1826) — 1795 – 1797 və 1805 – 1806-ci illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da...
  • Rəşid bəy Əfəndiyev (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr...
  • Albert Mustafayev (1931–2022) — görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi...
  • Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi...
  • Əsgər Xəlilov — general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müşaviri. 1992-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında xidmət etmiş, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini olmuşdur...
  • Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, Azərbaycan Respublikasının əməkdar rəssamı; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında...
  • Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri...
Şəki Ensiklopediyasının ən çox oxunan məqalələrindən 10 nümunə
29 martda anadan olanlar (1) 29 martda vəfat edənlər (0) Martda anadan olanlar (74) Martda vəfat edənlər (29) Şəxslər ad sırası ilə (926) Şəxslər familiya sırası ilə (906) Mənbələr (23) Tarixi materiallar (29) Müəlliflər (25) Şəki xanları və s. (24) Görkəmli şəxslər (143) Dövlət xadimləri (46) Alimlər (271) Hərbçilər (130) Yazıçılar (78) Rəssamlar (46) Həkimlər (61) Musiqiçilər (76) Aktyorlar (37) Pedaqoqlar (313) Jurnalistlər (66) Yaşayış məntəqələri (71) Bələdiyyələr (41) İnzibati ərazi dairələri (35) Vətən müharibəsi şəhidləri (56) 

Facebook qrupumuz Facebook səhifəmiz Maliyyə dəstəyi