Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...

Ana səhifə

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 01:33, 1 avqust 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayt...

Şəki Ensiklopediyasına xoş gəlmisiniz!
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Şəki Ensiklopediyasının facebook qrupu  Şəki Ensiklopediyasının facebook səhifəsi

Hal-hazırda 1.263 yoxlanılmış məqalə.

Təqvimin bu günü — ...... ...

...
...

Tanınmış musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova 19 iyul 1964-cü il tarixində Bakıda anadan olub. O, tanınmış bəstəkar Emin Sabitoğlunun qızı, görkəmli yazıçı, dramaturq və ssenarist Sabit Rəhmanın nəvəsidir.

Şəkil: Ceyran Mahmudova, 2019-cu il.

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

...

Albert Mustafayev öz emalatxanasında – “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.
Albert Mustafayev öz emalatxanasında – “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.

Albert Mustafayev (1931–2022) — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan SSR əməkdar rəssamı, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.


Yeni xəbərlər əsasında

Bilirsinizmi?


  • 20 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Vüsalə Ağabəyliyə 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisası üzrə filologiya elmləri doktoru elmi dərəcəsi verilib.


  • 3 mart 2025-ci il tarixdə “Şəki Ensiklopediyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin “İpəkçi” qəzeti çap mediası redaksiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media Reyestrinə daxil edilib.

  • 6 fevral 2025-ci il tarixdə — tanınmış yazıçı və jurnalist Bəhram Çələbi Şəkidə dəfn olunub.
  • 4 fevral 2025-ci il tarixdə — tanınmış yazıçı və jurnalist Bəhram Çələbi 78 yaşında, Bakıda vəfat edib.

  • 30 yanvar 2025-ci il tarixdə AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyinin saytında və Azərbaycan Milli Elmlər Akademiyasının saytında “Şəki Ensiklopediyası” jurnalının birinci nömrəsinin çapdan çıxması haqqında məqalə dərc olunmuş, “Mədəniyyət Tv”-nin “Mədəniyyət xəbərləri”ndə isə bu barədə bir dəqiqəlik süjet efirə getmişdir.
  • 29 yanvar 2025-ci il tarixdə “Şəki Ensiklopediyası” jurnalının birinci nömrəsi çapdan çıxıb.

  • 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Karate Federasiyasının təşkil etdiyi 10-cu “Arpaçay Open” karate turnirində Zümrüd Baxışova 9-10 yaş kateqoriyası və 32 kq çəki dərəcəsi üzrə iki qızıl medal qazanıb.

  • 10 yanvar 2025-ci il tarixdə tanınmış pedaqoq, avtomatika üzrə elmlər namizədi, dosent Vaqif Qəhrəmanov 77 yaşında Bakıda vəfat edib.

  • 8 yanvar 2025-ci il tarixdə azedu.az saytının yaydığı xəbərə görə, Cənubi Koreyanın KAİST Universitetinin məzunu Ramil Babazadə illik 100 min manat dəyərində dördillik təqaüdlə Böyük Britaniyanın Qlazqo Universitetinin doktoranturasında rəqəmsal kimya ixtisası üzrə təhsil almaq hüququ qazanıb.

  • Zaman bəy Şeyxəlibəyov (1838–1904) — XIX əsrin ikinci yarısında Şərqi Türküstanda/Qərbi Çində və Mərkəzi Asiyada fəaliyyət göstərmiş məşhur diplomat, dövlət xadimi və tərcüməçi. 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorunun dəftərxanasında, əvvəl tərcüməçi, sonra baş tərcüməçi vəzifəsində çalışmış, həyatının son illərində Rusiya İmperiyasının...
  • Tələt Qasımov (1939–1999) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992)...
  • Səlim xan (?–1826) — 1795 – 1797 və 1805 – 1806-ci illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da...
  • Hacı Tuti ağa — zəmanəsinin sayılıb-seçilən şəxslərindən biri və bir neçə il ərzində Şəki xanının arvadı olmuş qadın. Şəkinin yerli xanlarının nəslindən idi və həm də özü də xan qızı idi...
  • Adil Qeybulla — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru...
  • Rəşid bəy Əfəndiyev (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr...
  • Albert Mustafayev (1931–2022) — görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi...
  • Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri...
  • Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi...
  • Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, Azərbaycan Respublikasının əməkdar rəssamı; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında...
Şəki Ensiklopediyasının ən çox oxunan məqalələrindən 10 nümunə
...... ... anadan olanlar (3) ...... ... vəfat edənlər (0) İyulda anadan olanlar (66) İyulda vəfat edənlər (25) Şəxslər ad sırası ilə (1.010) Şəxslər familiya sırası ilə (989) Mənbələr (24) Tarixi materiallar (31) Müəlliflər (25) Şəki xanları və s. (26) Görkəmli şəxslər (148) Dövlət xadimləri (46) Alimlər (296) Hərbçilər (138) Yazıçılar (86) Rəssamlar (51) Həkimlər (62) Musiqiçilər (91) Aktyorlar (41) Pedaqoqlar (341) Jurnalistlər (69) Yaşayış məntəqələri (71) Bələdiyyələr (17) İnzibati ərazi dairələri (34) Vətən müharibəsi şəhidləri (56)

Facebook qrupumuz Facebook səhifəmiz

Məqalə yarat Maliyyə dəstəyi