Ana səhifə
♦ Anadan olanlar (3) ♦ Vəfat edənlər (2)
20 mart
- Tanınmış həkim-travmataloq, tibb elmləri namizədi Ənvər Həmidov (1937–2014) 20 mart 2014-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. O, 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987–2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul idi; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.
Şəkil: Ənvər Həmidov.
Albert Mustafayev
Albert Mustafayev — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan SSR əməkdar rəssamı, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Bilirsinizmi?
- 19 mart 2023-cü il tarixdə Şəki şəhərinin və Şəki rayonunun sabiq meri Vahid Qəniyev 93 yaşında Şəkidə vəfat edib. O, 1971 – 1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1975 – 1991-ci illərdə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985 – 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
- 14 mart 2023-cü il tarixdə Aqaəli Cəlilov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru idi.
- 1 mart 2023-cü il tarixdə memarlıq üzrə elmlər doktoru Səbinə Hacıyeva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
- 2 fevral 2023-cü il tarixdə “Gənclər Günü” münasibəti ilə Şəki Dövlət Rəsm Qalereyasında Şəkidə fəaliyyət göstərən tanınmış rəssam, Şəki Sənətkarlar Evinin xovlu tikmə ustası Rəhman Yunusovun fərdi sərgisi açılıb.
- 31 yanvar 2023-cü il tarixdə ədəbiyyatşünas və ədəbi tərcüməçi, RSFSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in sabiq direktoru Azər Mustafazadə 83 yaşında Bakıda vəfat edib.
- 3 yanvar 2023-cü il tarixdə Salxab Məmmədov 80 illik yubileyi münasibəti ilə və Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
- 2 yanvar 2023-cü-cü il tarixdə Əli Məsimli 70 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
- 28 dekabr 2022-ci il tarixdə Habil Xəlilov Şəki Xan məscidinin imam müavini təyin olunub. O, ərəbdilli epiqrafik abidələrin oxunması işi üzrə mütəxəssisdir və AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşıdır. Yeni təyinatına qədər isə həm də Şəkidəki Omər əfəndi məscidinin imam müavini idi.
- 28 dekabr 2022-ci il tarixdə pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi Əsabəli Quliyev 83 yaşında Bakıda vəfat edib. Sabahı gün Şəki rayonunun Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.