Ana səhifə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 06:42, 14 dekabr 2020 tarixli redaktə
Hər kəs tərəfindən redaktə edilə bilən viki-sayt...

Şəki Ensiklopediyası
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Şəki Ensiklopediyasının facebook qrupu  Şəki Ensiklopediyasının facebook səhifəsi

Cəmi 1.195, yoxlanılmış 1.175 məqalə.

Seçilmiş məqalələrdən nümunələr (6 məqalə, ixtiyari dəyişir)

Şablon:Sonuncu seçilmiş məqalələr

Şablon:Sonuncu seçilmiş məqalələr


Təqvimin bu günü — 28 martda

Anadan olanlar (4)  Vəfat edənlər (2)

Fikrət Xalıqov
Fikrət Xalıqov

28 mart

  • Dilçi və folklorşünas alim, filologiya elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifi Fikrət Xalıqov 28 mart 1949-cu il tarixdə Nuxa rayonunun Baş Layısqı kəndində anadan olub.

Şəkil: Fikrət Xalıqov, 26 noyabr 2009-cu il.

Yeni materiallar əsasında

Bilirsinizmi?

  • 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.

  • 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.



  • 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.

  • 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.

  • 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.

  • 4 iyul 2023-cü il tarixdə humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi Azad Cəfərlinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunması xəbəri internetdə yayılıb.
Qeyd: “Şəki Ensiklopediyası”nın sonradan əldə etdiyi məlumatlara görə, o, ən geci iyun ayının ortalarında həmin vəzifədə işləyir.

 Martda anadan olanlar (74) Martda vəfat edənlər (29) Şəxslər (ad sırası ilə) (927) Şəxslər (familiya sırası ilə) (907) Şəkinin tarixi haqqında məlumat verən mənbələr (23) Şəkinin tarixi haqqında məlumat verən müəlliflər (25) 1826-cı ilədək Şəki hakimləri, xanları və s. (24) Şəkidən çıxmış görkəmli şəxslər (143) Şəkidən çıxmış dövlət xadimləri (46) Şəkidən çıxmış alimlər (272)Şəkidən çıxmış hərbçilər (130) Şəkidən çıxmış şair və yazıçılar (78) Şəkidən çıxmış rəssam və heykəltəraşlar (46) Şəkidən çıxmış həkimlər (61) Şəkidən çıxmış musiqiçilər (76) Şəkidən çıxmış aktyorlar (37) Şəkidən çıxmış pedaqoqlar (314) Şəkidən çıxmış jurnalistlər (66) Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlər, 2019 (29)
  • Tələt Qasımov (1939–1999) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992)...
  • Zaman bəy Şeyxəlibəyov (1838–1904) — XIX əsrin ikinci yarısında Şərqi Türküstanda/Qərbi Çində və Mərkəzi Asiyada fəaliyyət göstərmiş məşhur diplomat, dövlət xadimi və tərcüməçi. 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorunun dəftərxanasında, əvvəl tərcüməçi, sonra baş tərcüməçi vəzifəsində çalışmış, həyatının son illərində Rusiya İmperiyasının...
  • Adil Qeybulla — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru...
  • Səlim xan (?–1826) — 1795 – 1797 və 1805 – 1806-ci illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da...
  • Rəşid bəy Əfəndiyev (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr...
  • Albert Mustafayev (1931–2022) — görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi...
  • Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi...
  • Əsgər Xəlilov — general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müşaviri. 1992-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında xidmət etmiş, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini olmuşdur...
  • Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, Azərbaycan Respublikasının əməkdar rəssamı; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında...
  • Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri...
Şəki Ensiklopediyasının ən çox oxunan məqalələrindən 10 nümunə