Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Aqşin Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Aqşin Abdullayev
Abdullayev Aqşin İsmayıl oğlu
Aqşin Abdullayev
Aqşin Abdullayev, 2015-ci il.
Doğum tarixi 1 oktyabr 1982(1982-10-01)
Doğum yeri Kiş, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 fevral 2017 (34 yaşında)
Vəfat yeri Xocavənd, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Kiş kəndinin kənd qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Təhsili

 • Bakı Ali Hərbi Məktəbi (1999–2003)

 • Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (2003–2004)
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 1999 – 2017
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının mayoru.png mayor
Təltifləri "Qüsursuz xidmətə görə" II dərəcəli medalı "Qüsursuz xidmətə görə" III dərəcəli medalı"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Şücaətə görə" medalı

Aqşin Abdullayev (1982–2017) — 2017-ci il Fevral döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş mayoru.

Haqqında məlumatlar

1 oktyabr 1982-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1988 – 1999-cu illərdə Şəki rayon 4 saylı Kiş kənd orta məktəbində,

1999 – 2003-cü illərdə Bakı Ali Hərbi Məktəbində,

2003 – 2004-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil alıb.

Hərbi xidmətdə

2004 – 2017-ci illərdə Azərbaycan Respublikasının müxtəlif yerlərində yerləşən hərbi hissələrdə xidmət edib. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi idi.

Hərbi rütbələri

2003-cü ildə leytenant,

2005-ci ildə baş leytenant,

2009-cu ildə kapitan,

2013-cü ildə mayor hərbi rütbəsi alıb.

Vəfatı

Aqşin Abdullayevin dəfn mərasimi

25 fevral 2017-ci il tarixdə – 34 yaşında, Azərbaycan – Ermənistan təmas xəttində baş vermiş döyüş zamanı qəhrəmancasına həlak olub.

28 fevral 2017-ci il tarixdə, doğulduğu Şəki rayonunun Kiş kəndinin kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasiminə on mindən çox rayon sakini ilə yanaşı, onun qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də qatılıblar.

Təltif və mükafatları

Ailəsi

2004-cü ildə ailə həyatı qurmuşdur; Amin, Nərmin və Ömər adlı üç övladı vardır.

Xatirəsi

2019-cu ilin fevralında Şəkidə Aqşin Abdullayev haqqında “Həyatı nəsillərə örnək olan qəhrəman” adlı kitabın (müəllif: Kamil Adışirinov) təqdimatı keçirilib .

2019-cu ildə Beyləqanda onun haqqında ARB Şəki televiziyasının istehsalı olan “İmtahan” filminin (rejissor: İlham Əfəndi) təqdimatı keçirilib.

Ədəbiyyat

  1. Şahpəri Abbasova (16:12 03.04.2019). "Şəhid mayor Aqşin Abdullayevin anası Dursun Cavadovadan ağrılı günlərin və dinməyən acıların hekayəsi". https://sputnik.az/ (azərb.). Sputnik. 6 Apr 2019 tarixində arxivləşdirilib.
  2. "Şəhid Aqşin Abdullayev dəfn edilib - FOTO - VİDEO". https://report.az/ (azərb.). report.az. 28 Fevral , 2017 14:39. 1 Oct 2020 tarixində arxivləşdirilib.

Videolar