Aqaəli Cəlilov — M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru.

Aqaəli Cəlilov
Cəlilov Aqaəli Mürsəl oğlu
Aqaəli Cəlilov
Aqaəli Cəlilov.
Doğum tarixi 6 noyabr 1962 (1962-11-06) (60 yaş)
Doğum yeri Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu (1980–1984)

Haqqında məlumatlarRedaktə

6 noyabr 1962-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub.

TəhsiliRedaktə

1970 – 1980-cı illərdə Qoxmuq kənd orta məktəbində,

1980 – 1984-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Hərbi xidmətdəRedaktə

1984 – 1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətiRedaktə

1984-cü ildə Şəki rayonunun Orjonikidze (indiki Turan) qəsəbəsindəki mədəniyyət evində metodist olaraq əmək fəaliyyətinə başlayıb.

1986-cı ildən “1 may” kolxozunda komsomol komitəsinin katibi,

1992-ci ildən gənclər təşkilatının idarə heyətinin sədri olub.

1993-cü ildən, əvvəlcə M.S.Əliyev adına klubun müdiri, sonra Ə.Abdullayev adına mədəniyyət evinin direktoru,

2009-cu ildən Şəki Dövlət Dram Teatrının rejissoru,

2011-ci ildən M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin xalq teatrının rejissoru vəzifəsində çalışıb.

2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktorudur.