Aqil Əfəndiyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aqil Əfəndiyev
Əfəndiyev Aqil Nəsrullah oğlu
Aqil Əfəndiyev, 1990-cı il
bayraqAzərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavinibayraq
1974 — 1991
Şəxsi məlumatlar
Doğum tarixi 1929(1929-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Təltifləri "Şərəf Nişanı" ordeni
"Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı

Aqil Əfəndiyev — dövlət qulluqçusu, Azərbaycan SSR əməkdar iqtisadçısı; 1974 – 1991-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. 1990-cı ildə 129 nömrəli Şəki şəhər birinci seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

1929-cu ildə Nuxada anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1946-cı ildə orta məktəbi qızıl medalla bitirib.

1946-cıildə Moskva Toxuculuq institutuna daxil olub.

1954-cü ildə SSRİ Mühəndis və Rəhbər İşçilərin Təkmilləşdirilməsi İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1951 – 1956-cı illərdə V.İ.Lenin adına Nuxa İpək kombinatında işləyib.

1956-cı ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyində işə keçirilmiş, əvvəl baş mühəndis, sonra şöbə rəisi vəzifələrində çalışıb.

1961 – 1963-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetində referent,

1963 – 1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisi,

1965 – 1974-cü illərdə isə Azərbaycan SSR Nazirlər Sovetində şöbə rəisi,

1974 – 1991-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsində işləyib.

1995-ci ildə dövlət qulluqçusu kimi təqaüdə çıxıb.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Digər[Vizual redaktə | HTML redaktə]

1963-cü ildən Sov.İKP-nın üzvü olub.

“Ayna – Zerkalo” qəzetinin müxbiri kimi də fəaliyyət göstərib.

1990-cı ildə 129 nömrəli Şəki şəhər birinci seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Sabir KƏRİMOV (namizədin vəkili) XALQ NAMİZƏDİ/Aqil Nəsrulah oğlu ƏFƏNDİYEV (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 20 noyabr 1990. — № 31 – 32 (1965 – 1966). — Səh. 3.
  2. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Aqil // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 84-85. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. Mete Ə. Deyiblər ki... // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 297-299. — 500 nüsx.