Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Aqşin Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:33, 24 fevral 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aqşin Abdullayev
Abdullayev Aqşin İsmayıl oğlu
Aqşin Abdullayev
Aqşin Abdullayev, 2015-ci il.
Doğum tarixi 1 oktyabr 1982(1982-10-01)
Doğum yeri Kiş, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 fevral 2017 (34 yaşında)
Vəfat yeri Xocavənd, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Təhsili

Bakı Ali Hərbi Məktəbi (1999 – 2003)

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (2003 – 2004)
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Xidmət illəri 1999 – 2017
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının mayoru.png mayor
Təltifləri "Qüsursuz xidmətə görə" II dərəcəli medalı "Qüsursuz xidmətə görə" III dərəcəli medalı"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Şücaətə görə" medalı

Aqşin Abdullayev (1982 – 2017) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor; 25 fevral 2017-ci il tarixdə Azərbaycan – Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən, qəhrəmancasına həlak olmuş, ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilmişdir.

Haqqında məlumatlar

1 oktyabr 1982-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1988 – 1999-cu illərdə Şəki rayon 4 saylı Kiş kənd orta məktəbində,

1999 – 2003-cü illərdə Bakı Ali Hərbi Məktəbində,

2003 – 2004-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil alıb.

Xidməti fəaliyyəti

2004 – 2017-ci illərdə Azərbaycan Respublikasının müxtəlif yerlərində yerləşən hərbi hissələrdə xidmət edib. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi idi.

Hərbi rütbələri

2003-cü ildə leytenant,

2005-ci ildə baş leytenant,

2009-cu ildə kapitan,

2013-cü ildə mayor hərbi rütbəsi alıb.

Təltif və mükafatları

  1. “Qüsursuz xidmətə görə” II dərəcəli medalı;
  2. “Qüsursuz xidmətə görə” III dərəcəli medalı;
  3. “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı;
  4. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı;
  5. 2016-ci ilin aprel döyüşləri zamanı şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə fəxri-fərman.
  6. “Şücaətə görə” medalı.

Vəfatı

Aqşin Abdullayevin dəfn mərasimi

2017-ci ilin 25 fevral tarixində – Fevral döyüşləri zamanı qəhrəmancasına həlak olub. Fevralın 28-i doğulduğu Şəki rayonunun Kiş kəndində dəfn edilib. Dəfn mərasiminə on mindən çox rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, respublikanın müxtəlif bölgələrindən gəlmiş vətəndaşlarımız və şəhidin tabeliyində xidmət göstərmiş əsgərləri qatılmışdı. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşaiyyəti ilə keçən dəfn mərasiminin sonunda yaylım atəşi açılmış torpağa tapşırılmışdır.

Ailəsi

2004-cü ildə ailə həyatı qurmuşdur; Amin, Nərmin və Ömər adlı üç övladı vardır.

Xatirəsi

2019-cu ilin fevralında Şəkidə Aqşin Abdullayev haqqında Kamil Adışirinovun müəllifi olduğu “Həyatı nəsillərə örnək olan qəhrəman” kitabının təqdimatı keçirilib.

2019-cu ildə Beyləqanda şəhidə həsr edilmiş ARB Şəki televiziyasının istehsalı olan “İmtahan” filminin təqdimatı keçirilib. Filmin rejissoru İlham Əfəndidir.

Ədəbiyyat

  • Şahpəri Abbasova (16:12 03.04.2019). "Şəhid mayor Aqşin Abdullayevin anası Dursun Cavadovadan ağrılı günlərin və dinməyən acıların hekayəsi". https://sputnik.az/ (azərb.). Sputnik. 6 Apr 2019 tarixində arxivləşdirilib.
  • "Şəhid Aqşin Abdullayev dəfn edilib - FOTO - VİDEO". https://report.az/ (azərb.). report.az. 28 Fevral , 2017 14:39. 1 Oct 2020 tarixində arxivləşdirilib.

Videolar

Şablon:Yaxşı məqalə