Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Araz Dadaşzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Araz Dadaşzadə
Dadaşzadə Araz Məmməd Arif oğlu
Araz Dadaşzadə4.png
Araz Dadaşzadə.
Doğum tarixi 30 yanvar 1936(1936-01-30)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2 noyabr 1990 (54 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri İkinci Fəxri Xiyaban, Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi filologiya
İş yeri Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyası, baş redaktor
Elmi dərəcəsi filologiya elmləri doktoru
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1957)

 • Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunu, aspirantura (1960–1963)
Uşağı Aqşin Dadaşzadə və Zümrüd Dadaşzadə
Atası Məmməd Arif
Anası Zümrüd Axundova
Mükafatları “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı — 1989

Araz Dadaşzadə (1936–1990) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Azərbaycan SSR əməkdar elm xadimi.

Haqqında məlumatlar

30 yanvar 1936-cı il tarixdə Bakıda, akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olub.

Təhsili

1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1960 – 1963-cü illərdə Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1957 – 1960-cı illərdə Azərbaycan SSR EA Azərbaycan tarixi muzeyində işləyib.

1963 – 1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi,

1968 – 1976-cı illərdə orta əsrlər şöbəsinin baş elmi işçisi,

1966 – 1968-ci illərdə isə Azərbaycan Sovet Ensiklopediyanın Baş redaksiyasında ədəbiyyat və incəsənət redaksiyasının müdiri olub.

1976 – 1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktorunun birinci müavini,

1988 – 1990-cı illərdə baş redaktoru olub.

Elmi fəaliyyəti

Araz Dadaşzadə atası akademik Məmməd Arif Dadaşzadə və həyat yoldaşı Aida Dadaşzadə ilə.

Elmi fəaliyyəti XVIII əsr Azərbaycan poeziyası və xüsusi olaraq M.P.Vaqifin həyat və yaradıcılığı ilə bağlıdır.

1964-cü ildə “M.P.Vaqifin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını,

1977-ci ildə isə “XVIII əsr Azərbaycan lirikası (ideya-tematik və sənətkarlıq xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Ədəbi və ədəbi-tənqidi fəaliyyəti

Gənc yaşlarından hekayələr yazmış və onlardan bir çoxu “Azərbaycan”, “Kirpi” və bir sıra digər nəşrlərdə çap olunmuşdur.

“Odlar yurdu” bədii filminin, diafilm və sənədli filmlərin ssenari müəllifidir. Onun ssenari müəllifi olduğu “Tülkiyə uyduqda” kukla multfilmi (1972, rejissor: M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

Həmçinin, R.Taqorun “Bağban” əsərini (1961, Anarla birlikdə) və S.A.Tolstayanın “Mənim həyatım” kitabını (1981) azərbaycan dilinə tərcümə etmişdir.

Ədəbi-tənqidi fəaliyyətə isə 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Tərli kürəklər” kinofilminə yazdığı eyniadlı resenziya ilə başlayıb. Daha sonralar “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi dağıdır” və s. filmlər haqqında məqalələri ilə ədəbi-tənqidi fəaliyyətini davam etdirib. Sabit Rəhmanın yaradıcılığına həsr etdiyi “Yaramazlığı sarsıdan gülüş” adlı son məqaləsi 1990-cı ilin noyabrında, yəni vəfatından sonra “Bakinskiy raboçiy” qəzetində çap olunub.

Kitbları

  1. Molla Pənah Vaqif (həyat və yaradıcılığı). Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1966, 190 səh.
  2. Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk). Bakı: Azərnəşr, 1968, 36 səh.
  3. Həyat müğənnisi. Bakı: Azərbaycan EA nəşri, 1968, 140 səh.
  4. XVIII əsr Azərbaycan lirikası. Bakı: Elm. 1980, 227 səh.
  5. Xeyirxahlıq və gözəllik poeziyası. Bakı: Yazıçı, 1986, 206 səh.
Tərcümələri

(ruscadan)

  1. R.Taqor. Bağban. Bakı: Azərnəşr, 1961, 55 səh.
  2. A.Tolstoy. Mənim həyatım. Bakı: Azərnəşr, 1981, 219 səh.

Təltif və mükafatları

Digər

  • Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin və elmi-redaksiya şurasının (1976 – 1990),
  • Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının (1976 – 1990),
  • “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin (1977 – 1982) üzvü olub.

Vəfatı

2 noyabr 1990-cı il tarixdə – 54 yaşında, Bakıda vəfat edib. Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Ədəbiyyat

  1. Dadaşzadə Araz Məmməd Arif oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI  c. — Səh. 201. — ISBN 978-9952-441-11-6.