Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Arif Abdullazadə

Şəki Ensiklopediyası səhifəsi
82.194.10.23 (Müzakirə) tərəfindən edilmiş 17:30, 8 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
ARİF ABDULLAZADƏ
Doğum tarixi 5 aprel 1940(1940-04-05)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfatı 31 may 2002 (62 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR

Abdullayev Arif Əbdürrəhman oğlu (Arif Abdullazadə) (1940-2002)— şair, nasir, alim, ədəbiyyatşünas, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1977).

Həyatı

Arif Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində anadan olmuşdur. Orada 11 saylı şəhər orta məktəbini bitirəndən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961).

Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi (1961-1962), Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1962-1968), böyük elmi işçi (1968-1976), aparıcı elmi işçi (1976-1993), Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsində çalışmışdır (1993-2002).

Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərmişdir (1970-1972).

2002-ci il mayın 31-də Bakıda vəfat etmişdir.Şəkidə dəfn olunmuşdur.

Yaradıcılığı

A.Abdullazadə 1966-cı ildə "Öztəmirin həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1977-ci ildə "Azərbaycan poeziyasında yaradıcılıq üslubları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. İlk bədii əsəri 1957-ci ildə dərc olunmuşdur.Şeir və poemalardan ibarət 10-dan çox kitabın, 5 romanın( "Bir ovuc torpaq","Duyum" və s.), 5 monoqrafiyanın("Şairlər və yollar","Od nə çəkdi..." və s) və digər əsərlərin müəllifidir."Evlərin axşamları" pyesi S.Rəhman adına Şəki Dövlət Daram teatrının səhnəsində tamaşaya qoyulmuşdur. A.Abdullazadə Cəlil Məmmədquluzadənin Novruzəli, Usta Zeynal, Qurbanəli bəy, İskəndər, Hacı Həsənağa, Şeyx Nəsrullah və s. ədəbi qəhrəmanları haqqında silsiləvi şeirlər yazmışdır. Bu şeirlərdə həmin personajların poetik üslubda təhlili verilir, xarakter cizgiləri əks etdirilir.Rəsul Rza ədəbi mükafatına layiq görülmüşdür.

Əsərləri

  • 1. Arzular. Bakı: Azərnəşr, 1964, 143 səh.
  • 2. Könüllərin dünyası. Bakı: Azərnəşr, 1966, 183 səh.
  • 3. Hər yerdə, hər zaman. Bakı: Azərnəşr, 1969, 72 səh.
  • 4. Ana dünyamız. Bakı: Azərnəşr, 1975, 74 səh.
  • 5. Novatorluq və üslub. Bakı: Elm, 1976, 112 səh.
  • 6. Sevin Azərbaycanı. Bakı: Gənclik, 1979, 104 səh.
  • 7. Bir ovuc torpaq (roman). Bakı: Gənclik, 1982, 287 səh.
  • 8. Səninlə sənsiz. Bakı: Yazıçı, 1983, 136 səh.
  • 9. Şairlər və yollar. Bakı: Elm, 1984, 224 səh.
  • 10.Duyum (roman). Bakı: Gənclik, 1986, 336 səh.
  • 11.Bəxtimizin kitabı. Bakı: Yazıçı, 1988, 240 səh.
  • 12.Şair Cəfər Cabbarlı. Bakı: Elm, 1989, 180 səh.
  • 13.Od nə çəkdi. Bakı: Azərnəşr, 1990, 282 səh.
  • 14.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1991, 334 səh.
  • 15.Tövbə duaları.Bakı:Çaşıoğlu,2003,357 səh.
  • 16.Qanlı yaddaş (roman).Bakı:Elm və təhsil,2010,398 səh.

Tərcümələri

Mənbə

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008. səh.41.