Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Arif Abdullazadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Arif Abdullazadə
Arif Abdullayev.jpg
Doğum tarixi 5 aprel 1940(1940-04-05)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfatı 31 may 2002 (62 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR

Abdullayev Arif Əbdürrəhman oğlu (Arif Abdullazadə) (1940-2002)— şair, nasir, alim, ədəbiyyatşünas, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1977).

Haqqında məlumatlar

1940-cı ildə Nuxada anadan olub.

1956-cı ildə Nuxadakı 11 №-li orta məktəbi bitirib.

1956 – 1961-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

İş yerləri

1961 – 1962-ci illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Tarixi Müzeyində redaktor-mütəxəssis,

1962 – 1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi,

1966 – 1977-cı illərdə böyük elmi işçi,

1977 – 1993-cü illərdə aparıcı elmi işçi vəzifələrində çalışıb.

1993 – 2002-ci illərdə isə isə Azərbaycan MEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı şöbəsinin müdiri olub.

Elmi fəaliyyəti

1966-cı ildə akademik Məmməd Arifin rəhbərliyi ilə “Qafur Qantəmirin həyat və yaradıcılığı” mövzusunda namizədlik,

1977-ci ildə “Azərbaycan poeziyasında yaradıcılıq üslubları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

1996-cı ildə ona professor elmi adı alıb.

XX əsr Azərbaycan ədəbiyyatının müxtəlif janr və sahələri üzrə 6 monoqrafiya, yüzə qədər elmi və publisistik məqalənin müəllifidir.

Çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının V cildinin məsul redaktoru və əsas müəlliflərindən biri olub.

Poeziyanın müxtəlif problemlərinə həsr etdiyi “Novatorluq və üslub” (Bakı, 1976), “Şairlər və yollar” (Bakı, 1984), “Şair Cəfər Cabbarlı” (Bakı, 1989), “Od nə çəkdi” (Bakı, 1999) monoqrafiyaları çap olunub.

Müxtəlif illərdə forum, simpozium, konfrans və sessiyalarda məruzələrlə çıxış edib.

Çoxsaylı namizədlik dissertasiyalarına rəhbərlik edib, doktorluq dissertasiyalarına elmi məsləhətçi olub və opponentlik edib.

Yaradıcılığı

XX əsr Azərbaycan ədəbiyyatının “60-cı illər nəsli”nə mənsub şairlərdən biri, Azərbaycan Yazıçılar Birliyində poeziya bölməsinin sədri olub.

Çap olunmuş şeir kitabları
  1. Arzular, Bakı: Azərnəşr, 1964, 143 səh.
  2. Könüllərin dünyası. Bakı: Azərnəşr, 1966, 183 səh.
  3. Hər yerdə, hər zaman. Bakı: Azərnəşr, 1969, 72 səh.
  4. Ana dünyamız. Bakı: Azərnəşr, 1975, 74 səh.
  5. Sevin Azərbaycanı. Bakı: Gənclik, 1979, 104 səh.
  6. Всегда и всюду (Moskva, 1976),
  7. Səninlə sənsiz. Bakı: Yazıçı, 1983, 136 səh.
  8. Свет Абшерона (Mockva, 1986),
  9. Bəxtimizin kitabı. Bakı: Yazıçı, 1988, 240 səh.
  10. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1991, 334 səh.
  11. Ulu Qorqud (1999),
  12. Tövbə duaları. Bakı:Çaşıoğlu, 2003, 357 səh.
Çap olunmuş romanları
  1. Bir ovuc torpaq (roman). Bakı: Gənclik, 1982, 287 səh.
  2. Duyum (roman). Bakı: Gənclik, 1986, 336 səh.
  3. “Sınaq Kürrəsi” (“Azərbaycan” jurnalı, № 3, 4. 2000.),
  4. Qanlı yaddaş. Bakı: Elm və təhsil, 2010, 398 səh.
Çap olunmuş pyesləri
  1. “Evlərin axşamları”
  2. “Aqillər”

Mükafatları

Rəsul Rza adına mükafat, ədəbi-elmi fəaliyyətinə görə.

Vəfatı

2002-ci ildə 62 yaşında vəfat edib.

Doğulduğu Şəki şəhərində torpağa tapşırılıb.

Adının əbədiləşdirilməsi

2003-cü ildə Şəki şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Şəki şəhərindəki küçələrdən birinə Arif Abdullazadənin adı verilib.