Arif Qaffarov (1945–2023) — şair, jurnalist və pedaqoq, 1998-ci ildə çap edilmiş Birinci Qarabağ müharibəsində şəhid olmuş şəkililərin bioqrafik məlumatlarından və onlar haqqında hekayələrdən ibarət “Şəki qartalları” kitab – xatirə toplusunun həmmüəllifi.

Arif Qaffarov
Qaffarov Arif Qaffar oğlu
Arif Qaffarov
Arif Qaffarov.
Doğum tarixi 4 avqust 1945(1945-08-04)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 2023(2023-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Nuxa Pedaqoji Texnikumu (–1964)

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi (–1972)

Haqqında məlumatlar

4 avqust 1945-ci il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

Təhsili

1964-cü ildə Nuxa Pedaqoji Texnikumunu,

1972-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.

Əmək fəaliyyəti

1982-ci ildən “Şəki fəhləsi” qəzetinin redaksiyasında məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər

1960-cı illərdən şeir yazmağa başlayıb.

1970-ci illərdən şeirləri dövri-mətbuatda çap edilib.

Vəfatı

2023-cü ilin birinci yarısında – 77 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Orsər R. Arif Qaffarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 476-479. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.