Arzu Abdulhəmidov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
(Səhifəni 'Kateqoriya:A {{Şəxs |Adı = Arzu Abdulhəmidov |Orijinal adı = |Şəkil = Arzu_Abdulhəmidov.jpg |Şəkil miqyası = |Şəkil məlu...' ilə yarat)
 
Redaktənin izahı yoxdur
Sətir 27: Sətir 27:
|Sayt            =  
|Sayt            =  
}}
}}
'''Arzu Abdulhəmidov''' (''Abdulhəmidov Arzu Əhməd oğlu''; {{d.}} 14 avqust 1956, Kirovabad (Gəncə), Azərbaycan SSR, SSRİ) —  9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində keçiriləcək Milli Məclis seçkisində 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən deputatlığa namizəd, “Şəki Sərnişin” ASC-nin sədri.
'''Arzu Abdulhəmidov''' (''Abdulhəmidov Arzu Əhməd oğlu''; {{d.}} 14 avqust 1956, Kirovabad (Gəncə), Azərbaycan SSR, SSRİ) —  “Şəki Sərnişin” ASC-nin sədri, 2020-ci ildə – 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə, 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin seçkiyədək namizədliyini geri götürmüşdür.


==Haqqında məlumatlar==
==Haqqında məlumatlar==
Sətir 40: Sətir 40:


1997-ci ilin aprel ayında Avtomobil Nəqliyyatı Nazirliyinin (Azəravtonəqliyyat Dovlət konserninin) kollegiya üzvü seçilmişdir.
1997-ci ilin aprel ayında Avtomobil Nəqliyyatı Nazirliyinin (Azəravtonəqliyyat Dovlət konserninin) kollegiya üzvü seçilmişdir.




[[Kateqoriya:113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)]]
[[Kateqoriya:113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)]]

16:54, 14 mart 2020 versiyası

Arzu Abdulhəmidov
Arzu Abdulhəmidov
Doğum tarixi 14 avqust 1956 (1956-08-14) (67 yaş)
Doğum yeri SSRİ
Azərbaycan SSR, Kirovabad (Gəncə)
Atası Əhməd Abdulhəmidov
Anası Solmaz Abdulhəmidova
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası mühəndis-mexanik
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1974 – 1979)

Arzu Abdulhəmidov (Abdulhəmidov Arzu Əhməd oğlu; d.  14 avqust 1956, Kirovabad (Gəncə), Azərbaycan SSR, SSRİ) — “Şəki Sərnişin” ASC-nin sədri, 2020-ci ildə – 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə, 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin seçkiyədək namizədliyini geri götürmüşdür.

Haqqında məlumatlar

1956-cı ildə Kirovabad (Gəncə) şəhərində anadan olub. 1963 − 1973-cü illərdə Nuxa (Şəki) şəhərindəki 11 №-li orta məktəbdə oxuyub. 1974 – 1979-cu illərdə isə mühəndis-mexanik ixtisası üzrə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1980-cı ildə Şəki 2717 №-li Avtodəstədə 2-ci dərəcəli çilingər kimi əmək fəaliyyətinə başlayıb, daha sonra həmin müəssisədə müxtəlif vəzifələrdə çalışıb. 12 dekabr 1991-ci il tarixdən Şəki 2717 №-li Avtodəstənin rəisi, 1997-ci ilin əvvəllərindən isə regional (Balakən-İsmayıllı) Avtonəqliyyat İstehsalat Birliyinin baş direktoru olub. 1998-ci ildə birinci Dövlət Özəlləşmə Proqramının həyata keçirilməsi ilə əlaqədar yaranmış yeni müəssisənin – “Şəki Sərnişin” ASC-nin sədri vəzifəsinə seçilib.

Ailəlidir, iki oğlu və iki nəvəsi var.

İctimai aktivliyi

1990-cı ildə Şəki Şəhər Xalq Deputatları Sovetinə deputat, 1999 – 2014-cü illər arasında üç dəfə Şəki şəhər bələdiyyəsinə üzv seçilmişdir. Şəki şəhər bələdiyyəsinin üzvü olarkən, birinci dəfə iqtisadiyyat, ikinci və üçüncü dəfələrdə isə ekologiya komissiyasının sədri olub.

1997-ci ilin aprel ayında Avtomobil Nəqliyyatı Nazirliyinin (Azəravtonəqliyyat Dovlət konserninin) kollegiya üzvü seçilmişdir.