Arzu Abdulhəmidov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:48, 24 aprel 2021 tarixli redaktə
Arzu Abdulhəmidov
Abdulhəmidov Arzu Əhməd oğlu
Arzu Abdulhəmidov
Arzu Abdulhəmidov.
Doğum tarixi 14 avqust 1956 (1956-08-14) (67 yaş)
Doğum yeri Kirovabad (indiki Gəncə), Azərbaycan SSR, SSRİ
Atası Əhməd Abdulhəmidov
Anası Solmaz Abdulhəmidova
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası mühəndis-mexanik
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1974–1979)

Arzu Abdulhəmidov — tanınmış ictimai-siyasi fəal, iş adamı, “Şəki Sərnişin” ASC-nin sədri. Bir neçə dəfə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

Haqqında məlumatlar

14 avqust 1956-cı il tarixdə Kirovabad (indiki Gəncə) şəhərində anadan olub.

Təhsili

1963 − 1973-cü illərdə Nuxa/Şəki şəhər 11 №-li orta məktəbində

1974 – 1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (mühəndis-mexanik ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti

1980-cı ildə Şəki 2717 №-li Avtodəstədə 2-ci dərəcəli çilingər kimi əmək fəaliyyətinə başlayıb, daha sonra həmin müəssisədə müxtəlif vəzifələrdə çalışıb.

12 dekabr 1991-ci il tarixdən Şəki 2717 №-li Avtodəstənin rəisi,

1997-ci ilin əvvəllərindən isə regional (Balakən-İsmayıllı) Avtonəqliyyat İstehsalat Birliyinin baş direktoru olub.

1998-ci ildə birinci Dövlət Özəlləşmə Proqramının həyata keçirilməsi ilə əlaqədar yaranmış yeni müəssisənin – “Şəki Sərnişin” ASC-nin sədri vəzifəsinə seçilib.

İctimai-siyasi aktivliyi

1990-cı ildə Şəki Şəhər Sovetinin deputatı,

1999 – 2014-cü illər arasında üç dəfə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib. Şəki şəhər bələdiyyəsinin üzvü olarkən, birinci dəfə iqtisadiyyat, ikinci və üçüncü dəfələrdə isə ekologiya komissiyasının sədri olmuşdur.

1997-ci ilin aprel ayında Avtomobil Nəqliyyatı Nazirliyinin (Azəravtonəqliyyat Dovlət konserninin) kollegiya üzvü seçilib.

2020-ci ildə – 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin seçkinin başlanmasınadək namizədliyini geri götürmüşdür.

Ailəsi

Ailəlidir, iki oğlu və iki nəvəsi var.

Şablon:Yaxşı məqalə