Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Asim Abbasov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:28, 26 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Asim Abbasov
Abbasov Asim Bəşarət oğlu
Asim Abbasov
Asim Abbasov, 2018-ci il
Doğum tarixi 24 may 1986 (1986-05-24) (37 yaş)
Doğum yeri Aşağı Göynük, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (bakalaviatura, 2004 – 2008; magistratura, 2010 – 2013)

Asim Abbasov (Abbasov Asim Bəşarət oğlu ; d.  24 may 1986-cı il, Aşağı Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ ) - magistr təhsilli rəssam, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin rəssam-keramisti (2018-ci ildən).

Haqqında məlumatlar

1986-cı ildə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olub.

1992 – 1998-ci illərdə Şəki şəhər 9 saylı məktəbdə,

1998 – 2003-cü illərdə Şəki Fizika-Riyaziyyat və Humanitar təmayüllü liseydə oxuyub.

1999 – 2003-cü illərdə Fuad Əbdürəhmanov adına 1 saylı Şəki Uşaq İncəsənət Məktəbində rəssamlığın sirlərini öyrənib.

2004 – 2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr,

2010 – 2013 illərdə isə magistr təhsili alıb.

Yaradıcılığı

2000-ci ildə Şəki Dövlət Rəsm Qalereyasında Novruz bayramı münasibətilə təşkil olunmuş sərginin uşaqlar üzrə nominasiyasında üçüncü yerə layiq görülüb.

Azərbaycanda təşkil olunmuş bir sıra incəsənət sərgilərində və festivallarda iştirak edib və fərqlənmə diplomları alıb.

Əl işləri dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

Həm də divar üzərində dizayn işləri ilə məşğul olur.

2018-ci ildən Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist kimi fəaliyyət göstərir.

İctimai fəaliyyəti

Şəki sənətkarlarını və proqressiv gəncliyi bir çətir altında toplama ambisiyasını özündə birləşdirən ArtClub Kafe – Emalatxana konseptinin Zaur Əhmədovla birgə həmtəsisçisidir.

Yaradıcılığından nümunələr

Şablon:Yaxşı məqalə