Asim Abdullayev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Asim Abdullayev
Abdullayev Asim Sədri oğlu
Asim Abdullayev
Asim Abdullayev.
Doğum tarixi 10 aprel 1958 (1958-04-10) (65 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu (laboratoriya rəhbəri)
Elmi dərəcəsi kimya elmləri namizədi
Elmi adı dosent
Təhsili V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu
Elmi rəhbəri professor A.A.Pasınski

Asim Abdullayev — kimya elmləri namizədi, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

10 aprel 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1975-ci ildə Bakı şəhər 5 №-li kimya-biologiya təmayüllü internat məktəbi bitirib.

1975 – 1979-cu illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda,

1981 və 1983 – 1984-cü illərdə Azərbaycan SSR EA Qeyri-Üzvi Kimya İnstitutunun aspiranturasında təhsil alıb.

Hərbi xidmətdə[Vizual redaktə | HTML redaktə]

1981 – 1983-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1979 – 1981-ci illərdə Zaqatala rayonunun Aşağı Çardaxlar kənd orta məktəbində kimya müəllimi,

1990 – 2003-cü illərdə Azərbaycan SSR EA/AMEA Botanika İnstitutunun radiobiologiya və radiologiya şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb.

2003-сü ildən AMEA Radiasiya Problemləri İnstitutunda laboratoriya rəhbəridir.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1987-ci ildə “Tərkibində dəmir və kükürd olan heterometallik klasterlərin sintezi və quruluşunun tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 82, o cümlədən, onlardan xaricdə çap olunanların sayı 50 və beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunanların sayı isə 10-dur.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Abdullayev Asim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 21-22. — 1.000 nüsx.
  2. Radiasiya Problemləri İnstitutunun fəlsəfə doktorları : Abdullayev Asim Səbri oğlu : [arx. 17.05.2022] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 17.05.2022.