Asiman Quliyev — iqtisad elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin iqtisadiyyat və idarəetmə kafedrasının dosenti.

Asiman Quliyev
Quliyev Asiman Aydın oğlu
Asiman Quliyev
Asiman Quliyev, 2019-cu il.
Doğum tarixi 6 avqust 1956 (1956-08-06) (67 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elmi dərəcəsi iqtisad elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1973–1978)

 • Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, aspirantura, siyasi iqtisad ixtisası (1982–1985)
Həyat yoldaşı Lalə Amanova
Atası Aydın Quliyev
Elmi rəhbəri Q.Ə.Sadıxov
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi — 2010
facebook səhifəsi

Haqqında məlumatlar Redaktə

6 avqust 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Redaktə

1963 – 1973-cü illərdə əvvəl Puşkin (indiki Beləsuvar) rayonundakı, sonra Bakı şəhərindəki, daha sonra isə Lerik rayonundakı orta məktəbdə,

1973 – 1978-ci illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda,

1982 – 1985-ci illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasında təhsil alıb.

Hərbi xidmətdə Redaktə

1979 – 1980-cı illərdə sərhəd qoşunlarında həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Redaktə

1981 – 1982-ci illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad kafedrasında baş laborant,

1986 – 1992-ci illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim,

1992-ci ildə Azərbaycan Respublikasının Prezident Aparatının aqrar-sənaye şöbəsində məsləhətçi,

1992 – 1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı,

1994 – 1997-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, dosent və dekan vəzifəsində çalışıb.

1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir; o cümlədən,

1997 – 1998-ci illərdə mühasibat fakültəsinin baş metodisti,

1998-ci ildən iqtisadi nəzəriyyə kafedrasının dosenti,

2005 – 2014-cü illərdə Türk dünyası işlətmə fakültəsinin dekan müavini,

2014 – 2021-cu illərdə iqtisadiyyat fakültəsinin dekanı olub.

2021 sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzində iqtisadiyyat və idarəetmə kafedrasının dosentidir.

Elmi fəaliyyəti Redaktə

1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

80-dan artıq elmi əsəri (məqalə, monoqrafiya, dərslik və tərcümələr) Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Çexiya və digər ölkələrdə nəşr olunub.

Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edir.

İctimai-siyasi fəaliyyəti Redaktə

1975 – 1977-ci illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumi iqtisad fakültəsinin komsomol təşkilat katibi,

1981-ci ildə Azərbaycan tələbələrinin Krasnodar vilayətində TİD (Tələbə İnşaat Dəstəsi) zona komissarı (2600 nəfərlik tələbə heyəti, onun 500 Komi vilayətindən olmaqla),

1986 – 1989-cu illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Tələbə Həmkarlar Komitəsinin sədri,

1990 – 1992-ci illərdə ADİİ TEC sədri,

1990 – 1992-ci illərdə Mİ (Müstəqil İqtisadçılar) İB-nin sədr müavini,

2000 – 2006-cı illərdə ADİU TEC sədri,

2000 – 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının məhsul katibi olub.

Təltif və mükafatları Redaktə

Ədəbiyyat Redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Quliyev Asiman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 343. — 1.000 nüsx.
  2. "İqtisadiyyat fakültəsinin dekanı i.e.n., dosent Quliyev Asiman Aydın oğlu". http://unec.edu.az/ (azərb.). Azərbaycan Dövlət İqtisad Universiteti. 12 Sep 2016 – 4 Aug 2020 tarixində arxivləşdirilib.