Aydın Əhmədov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:23, 12 sentyabr 2021 tarixli redaktə
Aydın Əhmədov
Əhmədov Aydın Qaffar oğlu
Aydın Əhmədov
Aydın Əhmədov.
Doğum tarixi 20 iyun 1934(1934-06-20)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1 dekabr 2009 (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi geofizika
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (–1958)

 • Ümumittifaq Geofizika Elmi Tədqiqat İnstitutunu, aspirantura (Moskva, 1962–1965)

Aydın Əhmədov (1934–2009) — tanınmış geofizik alim, geologiya-mineralogiya elmləri doktoru; uzun müddət Azərbaycan Dövlət Geofizika Elmi-Tədqiqat İnstitutunda/AMEA Geologiya İnstitutunda müxtəlif elmi vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

20 iyun 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1962 – 1965-ci illərdə Ümumittifaq Geofizika Elmi Tədqiqat İnstitutunun aspiranturasında (Moskva) təhsil alıb.

Əmək fəaliyyəti

1958 – 1962-ci illərdə Türkmənistanda, Özbəkistanda və Rusiyada (Sibirdə) geoloji-geofiziki kəşfiyyat ekspedisiyalarında çalışıb.

1965 – 1971-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl baş mühəndis, sonra elmi işçi,

1971 – 2007-ci illərdə Azərbaycan Dövlət Geofizika Elmi-Tədqiqat İnstitutunda/AMEA Geologiya İnstitutunda əvvəl baş elmi işçi, sonra laboratoriya müdiri, daha sonra aparıcı elmi işçi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1968-ci ildə namizədlik dissertasiyasını,

1991-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib.

100-dәn çox elmi əsərin, o cümlədən, 1 monoqrafiyanın, 9 ixtiranın müəllifidir.

Neft və qaz kəşfiyyatı üçün tomoqrafiya prinsipi əsasında yeni üsul – “Sınan dalğalarla dinamik eninə profilləmə metodu”nu kəşf etmişdir. Bu üsulla Qərbi Özbəkistanda 21 qaz və “Şəki” adlandırılmış neft yatağı tapılmışdır.

Digər

“Şəkidən başlandı uzaq səfərlər” adlı elmi-populyar kitabın müəllifidir.

Vəfatı

1 dekabr 2009-cu tarixdə – 75 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Əhmədov A. Geofiziki məlumatlar və onların interpretasiyası. — Bakı: Qanun, 2011. — Səhifələrin sayı:  152. — Səh.: 3 – 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 iyun 2021.
  2. ƏHMƏDOV Aydın Qafar oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — ISBN 978-9952-441-13-0.
  3. Məmmədov Ə., Xalıqov F. Əhmədov Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 194-196. — 1.000 nüsx.