Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Aydın Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Aydın Hacıyev
Hacıyev Aydın Nazim oğlu
Aydın Hacıyev
Aydın Hacıyev, 1 avqust 2006-cı il
Doğum tarixi 5 dekabr 1953 (1953-12-05) (70 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg Rusiya
Elm sahəsi tarix
İş yeri Arxangelsk Şimal Sahibkarlıq İnstitutu (rus.: Северный институт предпринимательства)
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1976)
Atası Nazim Hacıyev

Aydın Hacıyev (Hacıyev Aydın Nazim oğlu; d.  5 dekabr 1953-cü il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı tarixçi alim, tarix elmləri doktoru, Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun (rus.: Северный институт предпринимательства) prorektoru. Qars Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının yaranması və süqutu probleminin ilk və yeganə tədqiqatçısıdır. Azərbaycanlı görkəmli dövlət xadimi Nazim Hacıyevin oğlu, tanınmış politoloq Hikmət Hacızadənin isə əmisi oğludur.

Haqqında məlumatlar

1953-cü ildə Bakıda anadan olub.

1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin tarix fakültəsini bitirib.

İş yerləri və vəzifəsi

Komsomol orqanında əmək fəaliyyətinə başlamış, daha sonra əmək fəaliyyətini dövlət orqanlarında – Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan SSR Mədəniyyət Nazirliyində davam etdirmişdir.

XX əsrin 80-cı illərinin əvvəllərindən etibarən isə on il ərzində D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunda, sonra isə Sov.İKP MK yanında Bakı Ali Partiya Məktəbində Sov.İKP tarixindən dərs deyib.

1991-ci ildə Azərbaycan KP MK aparatında ideoloji şöbənin instruktoru vəzifəsinə irəli çəkilib.

1991-ci ilin sentyabrında Azərbaycan Kommunist Partiyasının rəsmən buraxılmasından sonra, Bakı Ali Partiya Məktəbinin bazasında yaradılmış Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun(az) siyasi tarix kafedrasının müdiri seçilib.

1998-ci ildə Rusiya Federasiyasına köçür, müstəqil tatixçi-politoloq ekspert və publisist kimi fəaliyyət göstərir. O cümlədən, Arxangelsk və Moskva ali təhsil müəssisələrində müqavilə ilə dərs deyir.

2013-cü ildə Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun dövlət və bələdiyyə hüququ kafedrasının müdiri seçilib.

2016-cı ildə isə Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun tədris və metodik işlər üzrə prorektoru təyin edilib.

Elmi və yaradıcılıq fəaliyyəti

1990-cı ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

1994-cü ildə isə Moskva Dövlət Pedaqoji Universitetində “1918—1920-ci illərdə Cənub-Qərbi Qafqazda kiçik dövlətlərin formalaşması (Zaqafqaziyanın ictimai hərakatları və siyasi partiyalarının materialları əsasında)” (rus.: «Формированию малых государственных образований в Юго-Западном Кавказе в 1918—1920 г.г. (по материалам общественных движений и политический партий Закавказья)».) mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

İki yüzdən artıq analitik və publisistik məqalənin, 9 kitabın – bunlardan 7-si monoqrafiyadır (o cümlədən, 3-ü tarixi və analitik məqalələr toplosudur), müəllifidir; kitablarından biri “Sevgi karuseli” (rus.: «Карусель любви».) adlanır – yeganə sırf ədəbi əsəridir, tarixi esse janrında qələmə alıb, proza.ru ədəbi saytında dərc olunub.

Əsas fundamental əsərləri

  1. Qars və Araz-Türk Cümhuriyyətləri tarixindən (rus.: «Из истории Карской и Араз-Тюркской республик» — 1994 год».), 1994;
  2. Cənub-Qərbi Qafqaz Demokratik Respublikaları (Qars və Araz-Türk Respublikaları) (rus.: «Демократические республики Юго-Западного Кавказа (Карская и Араз-Тюркская республики)».), 2004;
  3. Rus qanadlarını bağlamaq haqqında (rus.: «О Русь взмахни крылами».), 2007;
  4. Allah tərəfindən seçilmiş qohumluq (rus.: «Богом избранное родство».), 2007;
  5. Hər şeyi başa düşmək, amma hər şeyi bağışlamamaq (rus.: «Все понять, но не все простить».), 2009;
  6. 2000-2014-cü illərdə dünyanın geosiyasi mənzərəsi (rus.: «Геополитическая панорама мира в 2000—2014 г.г.».), 2015.

Aidiyyəti linklər

Aidiyyəti linklər
  1. Айдын Гаджиев. РОССИЯ И АЗЕРБАЙДЖАН: БОГОМ ИЗБРАННОЕ РОДСТВО. СБОРНИК СТАТЕЙ ПОСВЯЩЕННЫХ МНОГОВЕКОВОЙ ДРУЖБЕ РУССКОГО И АЗЕРБАЙДЖАНСКОГО НАРОДОВ;
  2. Гаджиев Айдын Назимович „Демократические республики Юго-Западного Кавказа (Карская и Арза-Тюркская)“;
  3. Айдын Гаджиев „ВСЕ ПОНЯТЬ, НО НЕ ВСЕ ПРОСТИТЬ“;
  4. Гаджиев А. Н. (Архангельск). Карская проблема в контексте политики мировых держав в Первой и Второй мировых войнах;
  5. Айдын Гаджиев О, РУСЬ, ВЗМАХНИ КРЫЛАМИ СБОРНИК СТАТЕЙ В ОЗНАМЕНОВАНИЕ ГОДА РОССИИ В АЗЕРБАЙДЖАНЕ Баку REGNUM 2007 УДК 327(47): 327(479.24) ББК 66.4(2Рос), 9(5Азе), 33 …»;
  6. Геополитическая панорама мира в 2000—2014 годах : сборник историко-геополитических статей;
  7. Айдын Гаджиев, Из истории образования и падения Юго-Западной Кавказской (Карской) Демократической Республики;
  8. 1992 Из истории образования и падения Юго-Западной Кавказской (Карской) Демократической Республики / Айдын Гаджиев, 36,[2 с. 20 см Прил. ([2] отд. л. карт.), Баку Элм 1992];
  9. Гаджиев, Айдын Назимович. Геополитическая панорама мира в 2000-2014 годах : сборник историко-геополитических статей / А. Н. Гаджиев ; Сев. ин-т предпринимательства. - Архангельск : КИРА, 2015. - 311 с. ; 21 см. - 150 экз. - ISBN 978-5-98450-362-4 : 180 р;
  10. А. Н. Из истории образования и падения Юго-Западной Кавказской (Карской) демократической республики : монография / А. Н. Гаджиев. — Баку : Элм, 1992. — 38 с. + 2, отд. л. карт. — ISBN 5-8066-0542-6 : Б. ц.;
  11. Все дороги ведут к Москве. Айдын Гаджиев, Вахдат Султанзаде;
  12. Айдын Гаджиев: Некоторые исторические заметки в контексте укрепления международного реноме России;
  13. История отечественного государства и права : программа проблемно-тематического курса : по направлению подготовки 030900.62 «Юриспруденция» квалификация (степень) выпускника «бакалавр» : — Архангельск : КИРА, 2015. — 65 с. ; 21 см. — Библиогр. в конце частей. — 40 экз. экз.. — ISBN 978-5-98450-397-6 : Б. ц. ГРНТИ 10 УДК 340.15(075.8)^V3 ББК 67.3я73;
  14. Как Н. Гаджиеву удалось убедить Хрущева не поднимать вопрос Нагорного Карабаха.