Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

"Aydın Məmmədov (filoloq)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 86: Sətir 86:
  
 
== Ədəbiyyat ==
 
== Ədəbiyyat ==
# {{ŞAZ|1|384 386}}
+
# {{ŞAZ|1|384-386}}
 
# {{OTÖ|466 – 471|Tez apardı ölüm səni}}
 
# {{OTÖ|466 – 471|Tez apardı ölüm səni}}
 
# {{ŞGS|465 – 468|Aydın Məmmədov}}
 
# {{ŞGS|465 – 468|Aydın Məmmədov}}
  
{{Yaxşı məqalə}}
+
{{Yoxlanılmış məqalə}}  
  
 
[[az:Aydın Məmmədov (filoloq)]][[ru:Мамедов, Айдын Мирсалех оглы]]
 
[[az:Aydın Məmmədov (filoloq)]][[ru:Мамедов, Айдын Мирсалех оглы]]

13:38, 1 sentyabr 2021 versiyası

Aydın Məmmədov
Məmmədov Aydın Mirsaleh oğlu
Aydın Məmmədov (filoloq).jpg
Aydın Məmmədov, 1990-cı il.
bayraqAzərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinin üzvübayraq
7 fevral 1991 — 19 aprel 1991
Şəxsi məlumatlar
Doğum tarixi 16 yanvar 1944(1944-01-16)
Doğum yeri Kiş, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 19 aprel 1991 (47 yaşında)
Vəfat yeri Qax rayonu, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Kiş, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (–1965)

SSRİ EA Dilçilik İnstitutu, türk dilləri bölməsi, aspirantura (1969–)

Aydın Məmmədov (1944–1991) — türkoloq, ədəbiyyatşünas, ictimai-siyasi xadim, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və rəyasət heyətinin üzvü.

Haqqında məlumatlar

16 yanvar 1944-cü il tarixdə Nuxa rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1960-cı ildə Oxud kənd məktəbini qızıl medalla,

1965-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1969-cu ildən isə təhsilini SSRİ EA Dilçilik İnstitutunun türk dilləri bölməsinin aspiranturasında davam etdirib.

Əmək fəaliyyəti

1970 – 1990-cı illərdə Azərbaycan SSR EA-nın əvvəl Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, sonra ümumi və tipoloji şöbənin dilçilik şöbəsinin müdiri vəzifələrində çalışmış, daha sonra isə Dil və İncəsənət bölməsinin elmi katibi olmuşdur.

İkinci iş yerləri

1987-ci ildən «Sovetskaya tyurkoloqiya» (rus.: «Советская тюркология») jurnalı baş redaktorunun birinci müavini olub.

1980-cı illərin sonlarından Azərbaycan Yazıçılar İttifaqı yanında respublika bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri və

Qarabağa Xalq Yardımı Komitəsi sədrinin müavini olub.

Elmi fəaliyyəti

“Türk dillərində samit səslər: sözönü və səs birləşmələri” adlı mövzusunda dissertasiya üzərində işləyib. Yüzdən çox elmi, ədəbi-tənqidi məqalənin müəllifidir.

Digər

SSRİ Yazıçılar İttifaqının,

«Sovetskiy pisatel» (rus.: «Сове́тский писа́тель») nəşriyyatı idarə heyətinin,

SSRİ Altayşünaslar Cəmiyyətinin,

Sovet Türkoloqlar Komitəsinin,

1980-cı illərin sonlarından fəaliyyətə başlamış “Vətən”, “Qayğı” və “Azərbaycan – Türkiyə” cəmiyyətlərinin idarə heyətlərinin,

7 fevral 1991-ci il tarixdə təşkil olunmuş Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinin,

28 mart 1991-cı il tarixdə Azərbaycan Respublikası Ali Soveti tərəfindən təşkil edilmiş Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni, Dövlət gerbinin, orden və medalının ən yaxşı təsvirləri üçün müsabiqə keçirilməsi üzrə komissiyanın üzvü olub.

Kitabları

Sözümüz eşidilənədək, 1988;

Son giley, 1992.

Vəfatı

19 aprel 1991-ci il tarixdə – 47 yaşında, Qax rayonu ərazisində baş veürmiş avtomobil qəzasında həlak olub.

Kiş kəndində dəfn edilib.

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Məmmədov Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 384-386. — 1.000 nüsx.
  2. Mete Ə. Tez apardı ölüm səni // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 466 – 471. — 500 nüsx.
  3. Orsər R. Aydın Məmmədov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 465 – 468. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.