Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Aydın Məmmədov (filoloq)

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:14, 25 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
AYDIN MƏMMƏDOV
Aydın Mirsaleh oğlu Məmmədov
AYDIN MƏMMƏDOV
Doğum tarixi 16 yanvar 1944 (1944-01-16) (80 yaş)
Doğum yeri Kiş, Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 19 aprel 1991 (47 yaşında)
Vəfat yeri Balakən, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat səbəbi Avtomobil qəzası

Məmmədov Aydın Mirsaleh oğlu — dilçi, türkoloq, tənqidçi, siyasətçi

Həyatı

Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəbdə müəllim fəaliyyətinə qoşulan A.Məmmədov elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsəyə çatdı, görkəmli siyasət adamı kimi həyatdan getdi. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın bəy istər "Sovetskaya turkologiya" jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görmüşdür.

Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında ilk günlərdən dayanmışdır. Onu həmişə tətil edən fəhlələrin, yerli ağalara etiraz edən kəndlilərin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın bəyin hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.

Güclü məntiqə malik, alovlu natiq Aydın bəy on minlərcə insanı arxasınca aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış A.Məmmədov millət vəkili seçilmişdi. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görürdü.

Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi.

Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.

1991-ci il aprel ayının 19-da avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Dilarə Əliyeva ilə).

Öz doğma Kiş kəndində dəfn olunmuşdur.

Mənbə