Aydın Məmmədov (filoloq)
Aydın Məmmədov | |||||||
---|---|---|---|---|---|---|---|
Məmmədov Aydın Mirsaleh oğlu | |||||||
Aydın Məmmədov, 1990-cı il. | |||||||
|
|||||||
Doğum tarixi | 16 yanvar 1944 | ||||||
Doğum yeri | Kiş, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ | ||||||
Vəfat tarixi | 19 aprel 1991 (47 yaşında) | ||||||
Vəfat yeri | Qax rayonu, Azərbaycan, SSRİ | ||||||
Dəfn yeri | Kiş, Şəki rayonu, Azərbaycan, SSRİ | ||||||
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (–1965) • SSRİ EA Dilçilik İnstitutu, türk dilləri bölməsi, aspirantura (1969–) |
||||||
Elmi dərəcəsi | filologiya elmləri namizədi |
Aydın Məmmədov (1944–1991) — tanınmış türkoloq və ədəbiyyatşünas, filologiya elmləri namizədi, ictimai-siyasi xadim, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və rəyasət heyətinin üzvü.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
16 yanvar 1944-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1960-cı ildə Oxud kənd məktəbini qızıl medalla,
1965-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1969-cu ildən təhsilini SSRİ EA Dilçilik İnstitutunun türk dilləri bölməsinin aspiranturasında davam etdirib.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1978-ci ildə “Türk dillərində samit səslər: sözönü və səs birləşmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Yüzdən çox elmi, ədəbi-tənqidi məqalənin müəllifidir.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1970 – 1990-cı illərdə əvvəl Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, sonra həmin institutda ümumi və tipoloji şöbənin müdiri, daha sonra Azərbaycan SSR EA Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin elmi katibi vəzifəsində çalışıb.
İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]
1987-ci ildən «Sovetskaya tyurkologiya» (rus.: «Советская тюркология») jurnalı baş redaktorunun birinci müavini olub.
1980-cı illərin sonlarından Azərbaycan Yazıçılar İttifaqı yanında respublika bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri və Qarabağa Xalq Yardımı Komitəsi sədrinin müavini olub.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
SSRİ Yazıçılar İttifaqının,
«Sovetskiy pisatel» (rus.: «Сове́тский писа́тель») nəşriyyatı idarə heyətinin,
SSRİ Altayşünaslar Cəmiyyətinin,
Sovet Türkoloqlar Komitəsinin,
1980-cı illərin sonlarından fəaliyyətə başlamış “Vətən”, “Qayğı” və “Azərbaycan – Türkiyə” cəmiyyətlərinin idarə heyətlərinin,
7 fevral 1991-ci il tarixdə təşkil olunmuş Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinin,
28 mart 1991-cı il tarixdə Azərbaycan Respublikası Ali Soveti tərəfindən təşkil edilmiş Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni, Dövlət gerbinin, orden və medalının ən yaxşı təsvirləri üçün müsabiqə keçirilməsi üzrə komissiyanın üzvü olub.
Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]
Sözümüz eşidilənədək, 1988;
Son giley, 1992.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
19 aprel 1991-ci il tarixdə – 47 yaşında, Qax rayonu ərazisində baş vermiş avtomobil qəzasında həlak olub.
Anadan olduğu Şəki rayonunun Kiş kəndində dəfn edilib.
Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Şəki şəhərində bir küçəyə adı verilib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 384-386. — 1.000 nüsx.
- Mete Ə. Tez apardı ölüm səni // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 466-471. — 500 nüsx.
- Orsər R. Aydın Məmmədov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 465-468. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış jurnalistlər
- Eyni ad-soyadlılar
- 1944-cü ildə doğulanlar
- 16 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 19 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə