Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Aydın Rzayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:30, 29 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aydın Rzayev
Rzayev Aydın Tahir oğlu
Aydın Rzayev
Aydın Rzayev
Doğum tarixi 31 dekabr 1937(1937-12-31)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 8 noyabr 2014 (76 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri namizədi
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, aspirantura
Tanınır Dədə Aydın

Aydın Rzayev (d. 31 dekabr 1937-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. 8 noyabr 2014-cü ildə, Bakı, Azərbaycan Respublikası) – filoloq-alim, filologiya elmləri namizədi, pedaqoq; həyatının son illərində Bakı Dövlət Universitetində metodist-müəllim vəzifəsində çalışırdı, daha əvvəl, bir müddət Azərbaycan Respublikası Prezidentinin Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə müşavirinin referenti də olub.

Haqqında məlumatlar

31 dekabr 1937-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1956-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li məktəbi,

1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1971-ci ildə təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin aspiranturasında davam etdirməyə başlayıb.

Elmi fəaliyyəti

Filologiya elmləri doktoru, professor İ.Bektaşinin rəhbərliyi altında “Üzeyir Hacıbəyov və folklor” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib. Bu elmi tədqiqat işi elmi şuranın qərarı ilə “Çağlayan bulaq” adlı kitab şəklində çap olunub.

100-dən artıq elmi, publisistik məqalələri mətbuatda dərc olunub. Bir sıra forum, simpozium, konfrans və sessiyalarda elmi məruzələrlə çıxış edib.

Əmək fəaliyyəti

1973-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində əvvəl baş laborant, sonra isə digər vəzifələrdə çalışıb (2000-ci illərin əvvəllərində Bakı Dövlət Universitetində metodist-müəllim idi.).

Bir müddət Azərbaycan Respublikası Prezidentinin Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə müşavirinin referenti olub.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə