Aydın Süleymanlı — şahmat üzrə qrossmeyster, bir sıra beynəlxalq turnirlərin qalibi, yaxud mükafatçısı, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionu, kişi şahmatçılar arasında 2024-cü ilin Azərbaycan çempionu.

Aydın Süleymanlı
Aydın Elşən oğlu Süleymanlı
Aydın Süleymanlı
Aydın Süleymanlı.
Ölkə Azərbaycan
Doğum tarixi 22 mart 2005 (2005-03-22) (19 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Titulu qrossmeyster (2021)
FİDE reytinqi 2525 (aprel 2022)
facebook səhifəsi
Commonsda da Aydın Süleymanlı ilə əlaqəli mediafayllar var

Haqqında məlumatlar Vizual/Mobil redaktə

22 mart 2005-ci il tarixdə Bakıda anadan olub.

Şahmat fəaliyyəti Vizual/Mobil redaktə

5 yaşından şahmata maraq göstərib. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin istəyinə uyğun olaraq Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində gedib.

6 yaşından başlayaraq uşaq və yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında müxtəlif yaş kateqoriyaları üzrə Azərbaycanı təmsil edib[1].

2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub və FİDE Ustası (FU) adını alıb[2]. Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub[1].

2014-cü ilin noyabrında şahmatın blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub[3][4].

2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa Çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb[5].

2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub[6].

2020-ci ilin fevral ayında Moskvada keçirilən “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub[7].

2023-cü ilin 2 may tarixində, şahmat üzrə FİDE reytinqi 2300-dən yüksək olan şahmatçılar arasında hər çərşənbə axşamı təşkil edilən “Titled Tuesday” adlı turnirdə ikinci qrupda mübarizə aparıb və 9,5 xalla 2-ci yeri tutub[8].

2024-cü ilin aprel ayında kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında birinci yeri tutub.

Ailəsi Vizual/Mobil redaktə

  • atası: Elşən Aydın oğlu Süleymanlı – ali təhsilli iqtisadçı və “Veysəloğlu” firmasının meneceri;
  • anası: Jalə Əliabbas qızı Süleymanlı – stomatoloq;
  • ata babası: Aydın Süleymanov (1949 – 2014) fizika-riyaziyyat elmləri namizədi və AMEA Fizika İnstitutunda baş aparıcı elmi işçisi;
  • ana babası: Əliabbas – Texniki Universitetin müəllimi.

İstinadlar Vizual/Mobil redaktə

Aidiyyəti linklər Vizual/Mobil redaktə

Vikianbarda Aydın Süleymanlı ilə əlaqəli mediafayllar var.

  1. Rəşad Ziyadov (2017). "Sürətli şahmat üzrə 10 yaşlılar arasında Avropa çempionu". Anl.az. 19 oktyabr 2018 tarixində arxivləşdirilib. (#parameter_ignored)
  2. Yeniyetmələrimiz blits və rapid üzrə Avropa çempionatında 7 medal qazandılar // Dsport.az
  3. Yeniyetmə şahmatçımız Aydın Süleymanlı dünya çempionu adını qazanıb // Azertag.az

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Rəşad Ziyadov (2017). "Sürətli şahmat üzrə 10 yaşlılar arasında Avropa çempionu". Anl.az. 19 oktyabr 2018 tarixində arxivləşdirilib. (#parameter_ignored)
  2. Chess-results.com (2013). "23rd EUROPEAN YOUTH CHESS CHAMPIONSHIP 2013 - OPEN U8". chess-results.com. Chess-results.com.
  3. Chess-results.com (2014). "14th INDIVIDUAL EUROPEAN CHAMPIONSHIP - BLITZ, U10-BOYS". chess-results.com. Chess-results.com.
  4. Chess-results.com-2 (2014). "14th EUROPEAN CHAMPIONSHIP – RAPID, U10-BOYS". chess-results.com. Chess-results.com.
  5. Chess-results.com (2017). "European Youth Chess Championship 2017". chess-results.com. Chess-results.com.
  6. Chess-results.com (2019). "World Youth Chess Championship 2019- Open U14". chess-results.com. Chess-results.com.
  7. ratings.fide.com (2019). "2nd quarter PB 2019, 27-30 June, Baku, Azerbaijan". ratings.fide.com. ratings.fide.com.
  8. Chess.com (2023). "News". 3 May 2023 - 4 May 2023 tarixində arxivləşdirilib.