Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Aydın Süleymanlı

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:49, 14 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Chess tile kl-whitebg.svg
Aydın Süleymanlı
Aydın Elşən oğlu Süleymanlı
Aydın Süleymanlı
Aydın Süleymanlı 2017-ci ildə.
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 22 mart 2005 (2005-03-22) (19 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Titulu Beynəlxalq usta (BU) (2019)
FİDE reytinqi 2525 (aprel 2022)
facebook səhifəsi
Commons-logo.svg Commonsda da Aydın Süleymanlı ilə əlaqəli mediafayllar var

Aydın Süleymanlı — şahmat üzrə beynəlxalq usta (BU)[1], 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionu, digər yaş qrupları üzrə daha əvvəlki illərdəki bir sıra beynəlxalq turnirlərin qalibi, yaxud mükafatçısı.

Haqqında məlumatlar

22 mart 2005-ci il tarixdə Bakıda anadan olub.

Şahmat fəaliyyəti

5 yaşından şahmata maraq göstərib. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin istəyinə uyğun olaraq Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində gedib.

6 yaşından başlayaraq uşaq və yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında müxtəlif yaş kateqoriyaları üzrə Azərbaycanı təmsil edib[2].

2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub və FİDE Ustası (FU) adını alıb[3]. Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub[2].

2014-cü ilin noyabrında şahmatın blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub[4][5].

2017-ci ildə Rumıniyanın Mamaya şəhərində təşkil olunmuş Avropa Çempionatında 9 oyundan 7 xal yarım yığmaqla 12 yaşlı oğlanlar arasında Avropa çempionu adını qazanıb[6].

2019-cu ildə Hindistanın Mumbay şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 9 xal yığmaqla 14 yaşlı oğlanlar arasında dünya çempionu olub[7].

2020-ci ilin fevral ayında Moskvada keçirilən “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub[8].

Ailəsi

  • atası: Elşən Aydın oğlu Süleymanlı – ali təhsilli iqtisadçı və “Veysəloğlu” firmasının meneceri;
  • anası: Jalə Əliabbas qızı Süleymanlı – müəllimə;
  • ata babası: Aydın Süleymanov (1949 – 2014) fizika-riyaziyyat elmləri namizədi və AMEA Fizika İnstitutunda baş aparıcı elmi işçisi;
  • ana babası: Əliabbas – Texniki Universitetin müəllimi.

İstinadlar

Aidiyyəti linklər

Vikianbarda Aydın Süleymanlı ilə əlaqəli mediafayllar var.

  1. Rəşad Ziyadov (2017). "Sürətli şahmat üzrə 10 yaşlılar arasında Avropa çempionu". Anl.az. 19 oktyabr 2018 tarixində arxivləşdirilib. (#parameter_ignored)
  2. Yeniyetmələrimiz blits və rapid üzrə Avropa çempionatında 7 medal qazandılar // Dsport.az
  3. Yeniyetmə şahmatçımız Aydın Süleymanlı dünya çempionu adını qazanıb // Azertag.az

Ədəbiyyat

  1. Rəşad Ziyadov (2017). "Sürətli şahmat üzrə 10 yaşlılar arasında Avropa çempionu". Anl.az. 19 oktyabr 2018 tarixində arxivləşdirilib. (#parameter_ignored)
  2. Chess-results.com (2013). "23rd EUROPEAN YOUTH CHESS CHAMPIONSHIP 2013 - OPEN U8". chess-results.com. Chess-results.com.
  3. Chess-results.com (2014). "14th INDIVIDUAL EUROPEAN CHAMPIONSHIP - BLITZ, U10-BOYS". chess-results.com. Chess-results.com.
  4. Chess-results.com-2 (2014). "14th EUROPEAN CHAMPIONSHIP – RAPID, U10-BOYS". chess-results.com. Chess-results.com.
  5. Chess-results.com (2017). "European Youth Chess Championship 2017". chess-results.com. Chess-results.com.
  6. Chess-results.com (2019). "World Youth Chess Championship 2019- Open U14". chess-results.com. Chess-results.com.
  7. ratings.fide.com (2019). "2nd quarter PB 2019, 27-30 June, Baku, Azerbaijan". ratings.fide.com. ratings.fide.com.

Şablon:Yaxşı məqalə