Aydın Süleymanov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 19:07, 15 mart 2021 tarixli redaktə
Aydın Süleymanov
Süleymanov Aydın Məmmədəli oğlu
Aydın Süleymanov
Aydın Süleymanov.
Doğum tarixi 15 mart 1949 (1949-03-15) (75 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 noyabr 2014 (65 yaşında)
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Təhsili

S.M.kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971)

Azərbaycan SSR EA Fizika İnstitutu, aspirantura (1972–)

Aydın Süleymanov (1949 – 2014) — fizika-riyaziyyat elmləri namizədi, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi.

Haqqında məlumatlar

15 mart 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.

1966 – 1971-ci illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

1972-ci ildə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasına daxil olub.

Elmi fəaliyyəti

1978-ci ildə “Sinqlet-triplet maqnit sistemlərində optik hadisələr” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

45 elmi məqaləsi (12-i xarici ölkələrdə) çap olunub.

Əmək fəaliyyəti

1975-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunda işləyib; əvvəl kiçik elmi işçi, sonra elmi işçi və nəhayət, aparıcı elmi işçi olub.

2016-cı ildən təqaüddədir.

Vəfatı

1 noyabr 2014-cü il tarixdə – 65 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Bir oğlu, iki qızı və altı nəvəsi var.

Nəvələrindən biri — Aydın Süleymanlı, yeniyetmə şahmatçıdır, 2019-cu ildə Beynəlxalq Usta (BU) normasını ödəyib və 14 yaşlı oğlanlar arasında Dünya çempionu olub.

Ədəbiyyat

Məmmədov Ə., Xalıqov F. Süleymanov Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 514. — 1.000 nüsx.

Şablon:Yaxşı məqalə