Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Aydın Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 13:15, 4 dekabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aydın Hacıyev
Hacıyev Aydın Nazim oğlu
Aydın Hacıyev
Aydın Hacıyev, 1 avqust 2006-cı il.
Doğum tarixi 5 dekabr 1953 (1953-12-05) (70 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg Rusiya
Elm sahəsi tarix
İş yeri Arxangelsk Şimal Sahibkarlıq İnstitutu (rus.: Северный институт предпринимательства)
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1976)
Atası Nazim Hacıyev

Aydın Hacıyev — tarixçi alim, tarix elmləri doktoru, Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun (rus.: Северный институт предпринимательства) prorektoru. Görkəmli dövlət xadimi Nazim Hacıyevin (1924–1962) oğlu, tanınmış politoloq Hikmət Hacızadənin (1954–2020) isə əmisi oğludur.

Haqqında məlumatlar

5 dekabr 1953-cü il tarixdə Bakıda anadan olub.

Təhsili

1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin tarix fakültəsini bitirib.

Əmək fəaliyyəti

Komsomol orqanında əmək fəaliyyətinə başlamış, daha sonra əmək fəaliyyətini dövlət orqanlarında – Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan SSR Mədəniyyət Nazirliyində davam etdirmişdir.

XX əsrin 80-cı illərinin əvvəllərindən etibarən isə on il ərzində D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunda, sonra isə Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbində Sov.İKP tarixindən dərs deyib.

1991-ci ildə Azərbaycan KP MK aparatında ideoloji şöbənin instruktoru vəzifəsinə irəli çəkilib.

1991-ci ilin sentyabrında Azərbaycan Kommunist Partiyasının rəsmən buraxılmasından sonra, Bakı Ali Partiya Məktəbinin bazasında yaradılmış Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun(az) siyasi tarix kafedrasının müdiri seçilib.

1998-ci ildə Rusiya Federasiyasına köçüb, müstəqil tarixçi-politoloq ekspert və publisist kimi fəaliyyət göstərir. O cümlədən, Arxangelsk və Moskva ali təhsil müəssisələrində müqavilə ilə dərs deyir.

2013-cü ildə Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun dövlət və bələdiyyə hüququ kafedrasının müdiri seçilib.

2016-cı ildə isə Arxangelsk Şimal Sahibkarlıq İnstitutunun tədris və metodik işlər üzrə prorektoru təyin edilib.

Elmi və publisistik fəaliyyəti

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edib.

1994-cü ildə Moskva Dövlət Pedaqoji Universitetində “1918—1920-ci illərdə Cənub-Qərbi Qafqazda kiçik dövlətlərin formalaşması (Zaqafqaziyanın ictimai hərakatları və siyasi partiyalarının materialları əsasında)” (rus.: «Формированию малых государственных образований в Юго-Западном Кавказе в 1918—1920 г.г. (по материалам общественных движений и политический партий Закавказья)».) mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Qars Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının yaranması və süqutu probleminin ilk və yeganə tədqiqatçısıdır. İki yüzdən artıq analitik və publisistik məqalənin, 9 kitabın – bunlardan 7-si monoqrafiyadır (o cümlədən, 3-ü tarixi və analitik məqalələr toplosudur), müəllifidir; kitablarından biri “Sevgi karuseli” (rus.: «Карусель любви».) adlanır – yeganə sırf ədəbi əsəridir, tarixi esse janrında qələmə alıb, proza.ru ədəbi saytında dərc olunub.

Əsas fundamental əsərləri

  • Qars və Araz-Türk Cümhuriyyətləri tarixindən (rus.: «Из истории Карской и Араз-Тюркской республик» — 1994 год».), 1994;
  • Cənub-Qərbi Qafqaz Demokratik Respublikaları (Qars və Araz-Türk Respublikaları) (rus.: «Демократические республики Юго-Западного Кавказа (Карская и Араз-Тюркская республики)».), 2004;
  • Rus qanadlarını bağlamaq haqqında (rus.: «О Русь взмахни крылами».), 2007;
  • Allah tərəfindən seçilmiş qohumluq (rus.: «Богом избранное родство».), 2007;
  • Hər şeyi başa düşmək, amma hər şeyi bağışlamamaq (rus.: «Все понять, но не все простить».), 2009;
  • 2000-2014-cü illərdə dünyanın geosiyasi mənzərəsi (rus.: «Геополитическая панорама мира в 2000—2014 г.г.».), 2015.