Aydın Rzayev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 22:44, 30 dekabr 2021 tarixli redaktə
Aydın Rzayev
Rzayev Aydın Tahir oğlu
Aydın Rzayev
Aydın Rzayev.
Doğum tarixi 31 dekabr 1937(1937-12-31)
Doğum yeri Nuxa (indiki Şəki) Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 noyabr 2014 (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, aspirantura
Tanınır Dədə Aydın

Aydın Rzayev (1937–2014) — filoloq-alim, filologiya elmləri namizədi, pedaqoq; həyatının son illərində Bakı Dövlət Universitetində metodist-müəllim vəzifəsində çalışmış, daha əvvəl, bir müddət Azərbaycan Respublikası Prezidentinin Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə müşavirinin referenti olmuşdur.

Haqqında məlumatlar

31 dekabr 1937-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1956-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini,

1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1971-ci ildə təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin aspiranturasında davam etdirməyə başlayıb.

Elmi fəaliyyəti

Filologiya elmləri doktoru, professor İ.Bektaşinin rəhbərliyi altında “Üzeyir Hacıbəyov və folklor” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib. Bu elmi tədqiqat işi elmi şuranın qərarı ilə “Çağlayan bulaq” adlı kitab şəklində çap olunub.

100-dən artıq elmi, publisistik məqalələri mətbuatda dərc olunub. Bir sıra forum, simpozium, konfrans və sessiyalarda elmi məruzələrlə çıxış edib.

Əmək fəaliyyəti

1973-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində əvvəl baş laborant, sonra isə digər vəzifələrdə çalışıb (2000-ci illərin əvvəllərində Bakı Dövlət Universitetində metodist-müəllim idi.).

Bir müddət Azərbaycan Respublikası Prezidentinin Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə müşavirinin referenti olub.

Vəfatı

8 noyabr 2014-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Rzayev Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 491-492. — 1.000 nüsx.