Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Aytən Rüstəmova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 30: Sətir 30:
 
|Sayt            =  
 
|Sayt            =  
 
}}
 
}}
'''Aytən Rüstəmova''' ( {{d.}} 15 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bank işçisi, Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, “'''Aytən Qiyas-Rüstəmova'''” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur [[Kimyagər (roman)|“Əlkimyagər”]] romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.
+
'''Aytən Rüstəmova''' ( {{d.}} 15 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, “'''Aytən Qiyas-Rüstəmova'''” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur [[Kimyagər (roman)|“Əlkimyagər”]] romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

16:08, 15 oktyabr 2020 versiyası

Aytən Rüstəmova
Rüstəmova Aytən Nadir qızı
Aytən Rüstəmova
Aytən Rüstəmova
Doğum tarixi 15 oktyabr 1976 (1976-10-15) (47 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Bakı
Həyat yoldaşı Teymur Rüstəmov
Atası Nadir Şakir oğlu Qiyasov, geofizik
Anası Güllər Məmmədiyyə qızı Qiyasova

Aytən Rüstəmova ( d.  15 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, “Aytən Qiyas-Rüstəmova” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.

Haqqında məlumatlar

1976-cı ildə Bakıda – Şəkidən Bakıya köçmüş şəxslərin ailəsində, anadan olub.

Təhsili və karyerası

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri Düşənbədə. Aytən Rüstəmova – soldan üçüncü, birinci vitse-prezident Fil Bennet sağdan üçüncü və digər şəxslər.

1983-cü ildə Bakıda azərbaycanca orta təhsil almağa başlasa da, ailəsinin Polşaya köçməsi ilə bağlı olaraq, orta təhsilini 1986-1990-cı illərdə orada – əvvəlcə Qdanks, sonra isə Varşava şəhərlərində, rus dilində davam etdirib; atası Nadir Şakir oğlu Qiyasov həmin illərdə Polşada işləyirdi. 1990-cı ildən sonra Azərbaycana geri dönüblər, Aytən də orta təhsilini Bakıda tamamlayıb.

1993 – 1997-ci illərdə Xarici Dillər Universitetində bakalavr, 1997-1999-cu illərdə magistr təhsili alıb.

2001-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı bürosuna işə götürülüb. Burada işləyə-işləyə, 2003 – 2007-ci illərdə Xəzər Universitetində biznesin idarəolunması ixtisası üzrə də ali təhsil alıb. 2017-ci ilin aprel ayından isə Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosuna rəhbər göndərilib.

Bloger və tərcüməçi fəaliyyəti

2005-ci ildə – “Əlkimyagər” romanını ingilis dilindən azərbaycan dilinə tərcümə etməklə yanaşı, “Sheki, Azerbaijan” və digər saytlar açaraq internetdə ingilis, rus və azərbaycan dillərində Azərbaycanın, xüsusilə, Şəkinin mədəni həyatını tərənnüm edən çoxlu sayda bloq yazıları, videolar yerləşdirməyə başlayıb.

Ailəsi

Tanınmış azərbaycanlı heykəltəraş Teymur Rüstəmovla ailə həyatı qurub, üç oğlu var.

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə