Azər Mustafazadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (Səhifəni '{{Şəxs |Adı = Azər Mustafazadə |Orijinal adı = ''Mustafazadə Azər Abdulla oğlu'' |Şəkil = Azər_Mustafazadə.jpg |Şəkil miqyası...' ilə yarat) tərəfindən edilmiş 06:47, 21 iyun 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Azər Mustafazadə
Mustafazadə Azər Abdulla oğlu
Azər Mustafazadə
Azər Mustafazadə, 2015-ci il
Doğum tarixi 27 mart 1939 (1939-03-27) (85 yaş)
Doğum yeri Bakı, Azərbaycan, SSRİ
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili M.Qorki adına Ədəbiyyat İnstitutu(ru) (Moskva)
Fəaliyyəti Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in direktoru
Fəaliyyət illəri 1990-cı ildən
Mükafatları Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü “Şöhrət” ordeni (Azərbaycan) II dərəcəli "Əmək" ordeni

Azər Mustafazadə (Mustafazadə Azər Abdulla oğlu; d. 27 mart 1939-cu il, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in direktoru (1990-cı ildən), 1987 – 1990-cı illərdə Azərbaycan KP MK Şəki şəhər Partiya Komitəsinin birinci katibi olub.

Haqqında məlumatlar

1939-cu ildə bakıda anadan olub.

Təhsili

1969-cu ildə Moskvada M.Qorki adına Ədəbiyyat institutunun tərcümə şöbəsini bitirib.

İş yerləri

1964 – 1968-ci illərdə “Literaturnı Azerbaydjan” jurnalında ədəbi işçi, şöbə müdiri, məsul katib,

1964 – 1968-ci illərdə isə “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri olub.

1971 – 1972-ci illərdə SSRİ Yazıçılar İttifaqı Asiya və Afrika yazıçıları ilə əlaqə komitəsinin məsul katibi,

1972 – 1983-cü illərdə SSRİ Yazıçılar İttifaqında məsləhətçi,

1983 – 1987-cü illərdə Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini,

1987 – 1988-ci illərdə Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdiri,

1988 – 1990-ci illərdə Azərbaycan KP MK Şəki şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində işləyib.

1990-cı ildən “Azərnəşr”in direktorudur.

Yaradıcılığı

1961-ci ildən mətbuatda bədii tərcümələrlə və müasir ədəbi proseslə əlaqədar publistik və tənqidi məqalələrlə çıxış edir.

1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

M.Cəfərin “Cəlil Məmmədquluzadə” (1966), F.Kərimzadənin “Qarlı aşırım” (1971), S.Əhmədovun “Yamacda nişanə” (1976), M.İbrahimovun “Mənim həyatımın kitabı” (1979 və 1981) kitablarını Moskvada işlədiyi illərdə (1971 – 1983) azərbaycan dilindən rus dilinə tərcümə edib çap etdirib.

Mükafatları

  • “RSFSR Əməkdar Mədəniyyət İşçisi” fəxri adı (1982);
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı;
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (2009)
  • Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2014);
  • Azərbaycan Respublikasının II dərəcəli “Əmək” ordeni (2019).

İstifadə edilmiş əsas mənbə