Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

"Azər Tağıyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 29: Sətir 29:
 
|Sayt            =  
 
|Sayt            =  
 
}}
 
}}
'''Azər Tağıyev''' (1948–2018) — tanınmış hüquqşünas, peşəkar vəkil, [[Azərbaycan Respublikasının əməkdar hüquqşünası]], Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü. 1989–1991-ci illərdə SSRİ Vəkillər İttifaqının katibi, 2004–2017-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olmuşdur.
+
'''Azər Tağıyev''' (1948–2018) — tanınmış hüquqşünas, peşəkar vəkil, [[Azərbaycan Respublikasının əməkdar hüquqşünası]], Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü. 1989–1991-ci illərdə SSRİ Vəkillər İttifaqının katibi, 2004–2017-ci illərdə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olmuşdur.
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

02:40, 1 may 2022 versiyası

Azər Tağıyev
Tağıyev Azər Cabir oğlu
Azər Tağıyev
Azər Tağıyev.
Doğum tarixi 25 aprel 1948(1948-04-25)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 30 aprel 2018 (70 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Cabir Tağıyev
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşələri hüquqşünas, vəkil
İxtisası hüquqşünas
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1976–1983)
Fəaliyyət illəri 1974–2018
Mükafatları "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2008

Azər Tağıyev (1948–2018) — tanınmış hüquqşünas, peşəkar vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü. 1989–1991-ci illərdə SSRİ Vəkillər İttifaqının katibi, 2004–2017-ci illərdə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olmuşdur.

Haqqında məlumatlar

25 aprel 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa Fəhlə-Gənclər Məktəbini bitirib.

1976 – 1983-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Hərbi xidmət

1973 – 1974-cü illərdə Sovet ordusunda hərbi xidmətdə olub.

Əmək və peşə fəaliyyəti

1963-cü ildən Nuxa Təmir-Tikinti İdarəsində fəhlə işləyib.

1969-cu ildən Azərbaycan SSR Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisədə,

1971-ci ildən Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda işləyib.

1974-cü ildən Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında vəkil işləyib; o cümlədən,

1980-cü ildən həmin məsləhətxananın müdiri olub.

Müxtəlif təşkilat və komissiyalarda üzvlüyü

1974-cü ildən Azərbaycan SSR/Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, o cümlədən,

1980-ci ildən Rəyasət Heyətinin üzvü,

1987-ci ildən Rəyasət Heyətinin sədr müavini,

1995-сi ildən Rəyasət Heyətinin sədri olub.

1989 – 1991-ci illərdə SSRİ vəkillər İttifaqının katibi olub.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olub. Həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq İslahatı Komissiyasının və Qara dəniz İttifaqı Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Beynəlxalq Vəkillər Birliyinin Ali Şurasının da üzvü idi.

2004-cü ildən yeni təsis olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olub; 2017-ci ildə səhhəti ilə bağlı olaraq sədr vəzifəsindən istefa verib.

Təltif və mükafatları

Vəfatı

30 aprel 2018-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Tağıyev Azər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 531-533. — 1.000 nüsx.
  2. "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri, vəkil Azər Tağıyevin vəfatı ilə bağlı nekroloq". https://barassociation.az/ (azərb.). Azərbaycan Respublikası Vəkillər Kollegiyasını. 3 May 2018 – 15 Aug 2020 tarixində arxivləşdirilib.