Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Azər Tağıyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:A{{Şəxs |Adı = Azər Cabir oğlu Tağıyev |Orijinal adı = |Şəkil = Azər Tağıyev.jpg |Şəkil miqyası = |Şəkil...' ilə yarat)
 
Sətir 1: Sətir 1:
[[Kateqoriya:A]]{{Şəxs
+
[[Kateqoriya:A]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
 +
{{Şəxs
 
|Adı              = Azər Cabir oğlu Tağıyev
 
|Adı              = Azər Cabir oğlu Tağıyev
 
|Orijinal adı    =  
 
|Orijinal adı    =  

09:34, 26 iyun 2020 versiyası

Azər Cabir oğlu Tağıyev
Azər Cabir oğlu Tağıyev
Doğum tarixi 25 aprel 1948(1948-04-25)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 30 aprel 2018 (70 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Cabir Tağıyev
Vətəndaşlıq Azərbaycan
Peşələri Hüquqşünas, vəkil
Milliyyəti Azərbaycanlı
İxtisası Hüquqşünas
Təhsili Bakı Dövlət Universiteti Hüquq fakültəsı
Fəaliyyəti Vəkillik, Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikası Vəkillər Kollegiyası
Fəaliyyət illəri 1974-cü ildən
Tanınır Vəkil
Mükafatları Əməkdar hüquqşünas

Azər Tağıyev (Azər Cabir oğlu Tağıyev; 25 aprel, 1948, Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR – 30 aprel 2018, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan) — Görkəmli vəkil, AzərbaycanınƏməkdar hüquqşünas”ı, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri.[1][2][3]

Həyatı

Azər Tağıyev 1948-ci il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur.[3]

Təhsili

Orta məktəbi bitirdikdən sonra o, 19671973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır.[1]

Karyerası

1974-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq, vəkillik fəaliyyətinə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında başlamışdır. 1980-ci illərinin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 1980-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir.

2004-cü ilin 3-4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək, Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılmış və 2017-ci ilin sonuna qədər səriştəli təşkilatçı kimi Kollegiyaya rəhbərlik etmişdir.

26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilmiş və vəfat edənə qədər Komissiyanın işində fəal iştirak etmişdir.

Ölümü

Tağıyev Azər Cabir oğlu uzun sürən xəstəlikdən sonra, 2018-ci il aprelin 30-da vəfat etmişdir.

Mükafatları

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 24 aprel 2008-ci il tarixli Sərəncamı ilə Azər Tağıyevə “Əməkdar hüquqşünas” fəxri adı verilib. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri Fərmanı”, “Fəxri Diplomu” ilə təltif edilib, ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fəxri Hüquq Doktoru” və “Fəxri Vəkil”i adları verilib, Azər Tağıyevin adı “Vəkillərin Şərəf Kitabı”na daxil edilib.[3]

Həmçinin bax

İstinadlar