Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Azər Tağıyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:36, 24 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Azər Tağıyev
Tağıyev Azər Cabir oğlu
Azər Tağıyev
Doğum tarixi 25 aprel 1948(1948-04-25)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 30 aprel 2018 (70 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Cabir Tağıyev
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşələri hüquqşünas, vəkil
İxtisası hüquqşünas
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1967–1973)
Fəaliyyət illəri 1974–1918
Mükafatları "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2008

Azər Tağıyev — tanınmış hüquqşünas, peşəkar vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri.

Haqqında məlumatlar

15 aprel 1948-ci il tarixdə Nuxada (indiki şəki) anadan olub.

Təhsili

Nuxa Fəhlə-Gənclər Məktəbini bitirib.

1967 – 1973-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Hərbi xidmət

1973 – 1974-cü illərdə Sovet ordusundə hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1963-cü ildən Nuxa Təmir-Tikinti İdarəsində fəhlə işləyib.

1969-cu ildən Azərbaycan SSR Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisədə,

1971-ci ildən Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutnda işləyib.

1974-cü ildən Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında vəkil işləyib; o cümlədən,

1980-cü ildən həmin məsləhətxananın müdiri olub.

İctimai fəaliyyəti

1974-cü ildən Azərbaycan SSR/Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, o cümlədən,

1980-ci illərinin əvvəlində Rəyasət Heyətinin üzvü,

1980-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini,

1995-сi ildən Rəyasət Heyətinin sədri,

2004 – 2017-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olub; 2017-ci ildə səhhəti ilə bağlı olaraq sədr vəzifəsindən istefa verib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının ,,zərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq İslahatı Komissiyasının üzvü idi. hhhhhjjj

öööoe

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Tağıyev Azər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 531 – 533. — 1.000 nüsx.
  2. "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri, vəkil Azər Tağıyevin vəfatı ilə bağlı nekroloq". https://barassociation.az/ (azərb.). Azərbaycan Respublikası Vəkillər Kollegiyasını. 3 May 2018 – 15 Aug 2020 tarixində arxivləşdirilib.