Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Azər Yusubov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:15, 2 mart 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Azər Yusubov
Yusubov Azər Namiq oğlu
Azər Yusubov
Azər Yusubov.
Doğum tarixi 9 noyabr 1979 (1979-11-09) (44 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • 2000-ci ildə Azərbaycan Beynəlxalq Universiteti, hüquq fakültəsi (1996–2000)

 • Azərbaycan Dövlət İqtisad Universiteti, əmtəəşünaslıq fakültəsi, bakalavriat

 • Azərbaycan Dövlət İqtisad Universiteti, magistratura (–2009)

 • Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, dövlət və bələdiyyə idarəetməsi fakültəsi (2007–2010)
facebook səhifəsi

Azər Yusubov — dövlət qulluğunun kiçik müşaviri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin sabiq rəisi.

Haqqında məlumatlar

9 noyabr 1979-cu il tarixdə Şəkidə anadan olub.

Təhsili

1986 – 1996-cı illərdə Şəki şəhər 10 №-li orta məktəbində,

1996 – 2000-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsində təhsil alıb. Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin əmtəəşünaslıq fakültəsini bakalavr dərəcəsi üzrə, 2009-cu ildə isə magistr dərəcəsi üzrə bitirib.

2007 – 2010-cu illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsində təhsil alıb və müdavim dərəcəsini alıb.

Hərbi xidmətdə

2001 – 2002-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

2003 – 2004-cü illərdə “Azərtelekom” MMC-də xəzinədar,

2004 – 2007-ci illərdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının şəhər təsərrüfatı şöbəsində məsləhətçi və Şəki Şəhər İcra Hakimiyyəti başçının köməkçisi,

2007 – 2022-ci illərdə Şəki Apelyasiya Məhkəməsində sədrin köməkçisi vəzifəsində və digər vəzifələrdə, o cümlədən,

5 avqust 2022-ci il tarixdən 1 mart 2023-cü il tarixədək isə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ailəsi

Ailəlidir, 2 övladı var.

Ədəbiyyat

  1. Struktur və əməkdaşlar : Yusubov Azər Namiq oğlu : [arx. 09.11.2022] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 09.11.2022.