Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Azərbaycan Sovet Ensiklopediyası

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:48, 13 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Azərbaycan Sovet Ensiklopediyası
Азәрбајҹан Совет Енсиклопедијасы
Kitabın üz örtüyü
Kitabın üz örtüyü
Janr Ensiklopediya
Orijinalın dili Azərbaycanca
Ölkə Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Orijinalın nəşr ili 1976-1987
Cild 10

Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (Kiril əlifbası: Азәрбајҹан Совет Енсиклопедијасы[1] (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya.

Tarixi

Azərbaycan Sovet Ensiklopediyası 19761987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir. "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib.

1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini sonradan isə 1988 ci ildən ömrünün axrına qədər yəni 1990–cı ilə qədər Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmış əməkdar elm xadimi Araz Dadaşzadənin əməyi böyük və danılmazdır.

"Azərbaycan Sovet Ensiklopediyası" Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.

Baş redaktorları

Azərbaycan Ensiklopediyasının baş redaktorunun müavini


Cildlərin çap olunması xronologiyası

Adı Cild Nəşr tarixi Əlifba sırası Nəşr yeri
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
1 1976 А-БАЛЗАК Bakı
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
2 1978 БАЛЗАМ-ГАЈДАР Bakı
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
3 1979 ГАЈЫБОВ-ЕЛДАРОВ Bakı
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
4 1980 ЕЛДӘҜӘЗ-ИТАВИРА Bakı
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
5 1981 ИТАЛИЈА-КУБА Bakı
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
6 1982 КУБА-МИСИР Bakı
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
7 1983 МИСИР-ПРАДО Bakı
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
8 1984 ПРАДО-СПРИНТ Bakı
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
9 1986 СПУТНИК-ФРОНТОН Bakı
Азәрбајҹан Совет Енсиклопедијасы
(Azərbaycan Sovet Ensiklopediyası)
10 1987 ФРОСТ-ШҮШТӘР Bakı
Ümumi (1—10) 1976—1987 А-ШҮШТӘР

Digər sovet ensiklopediyaları

Orijinalda adı (yazılışı) Azərbaycanca adı Cildlərinin sayı Nəşr tarixi
Українська радянська енциклопедія Ukrayna Sovet Ensiklopediyası 17 1927—1934 ; 1959—1965 ; 1978—1985
Ўзбек совет энциклопедияси Özbək Sovet Ensiklopediyası 14 1971—1980
Հայկական սովետական հանրագիտարան Erməni Sovet Ensiklopediyası 13 1974—1987
Беларуская савецкая энцыклапедыя Belarus Sovet Ensiklopediyası 12 1969—1975
ქართული საბჭოთა ენციკლოპედია Gürcü Sovet Ensiklopediyası 12 1975—1987
Latvijas padomju enciklopēdija Latviya Sovet Ensiklopediyası 11 1981—1988
Азәрбајҹан Совет Енсиклопедијасы Azərbaycan Sovet Ensiklopediyası 10 1976—1987
Қазақ кеңес энциклопедиясы Qazax Sovet Ensiklopediyası 10 1972—1978
Lietuviškoji tarybinė enciklopedija Litva Sovet Ensiklopediyası 13 1976—1985
Түркмен совет энциклопедиясы Türkmən Sovet Ensiklopediyası 10 1974—1989
Енчиклопедия советикэ молдовеняскэ Moldova Sovet Ensiklopediyası 8 1970—1981
Энциклопедияи советии тоҷик Tacik Sovet Ensiklopediyası 8 1978—1988
Eesti nõukogude entsüklopeedia Eston Sovet Ensiklopediyası 8 ; 10+5 1968—1976 ; 1985—2006
Кыргыз Совет Энциклопедиясы Qırğız Sovet Ensiklopediyası 6 1976—1980
Сибирская советская энциклопедия Sibir Sovet Ensiklopediyası 4 1929—1933

İstinadlar

Həmçinin bax