Azərbaycan qadın milli kabaddi komandası

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (Səhifəni 'Kateqoriya:A'''Azərbaycan qadın milli kabaddi komandası''' — kabaddi idman növü üzrə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edən qadınlardan ibarə...' ilə yarat) tərəfindən edilmiş 17:28, 14 mart 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Azərbaycan qadın milli kabaddi komandası — kabaddi idman növü üzrə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edən qadınlardan ibarət yığma komanda.

Kabaddi üzrə Dünya Kuboku 2014

İlk dəfə Azərbaycan qadın milli kabaddi komandası 2014-cü ilin dekabr ayında Hindistanın Pəncab ştatında keçirilmiş kabaddi idman növünün dairəvi üslubu üzrə Dünya Kuboku uğrunda mübarizəyə qatılmış, qrup mərhələsində yalnız 1 oyunda qalib gələrək, 2 oyunu məğlub olmuş və öz qrupunda 3-cü yeri tutaraq mübarizəni dayandırmışdır.

10 dekabr, 2014
12:30
Azərbaycan 17 - 40 Danimarka
ing. A.S. College Stadium, Khanna, Ludhiana

15 dekabr, 2014
11:05
Azərbaycan 38 - 32 ABŞ
ing. Punjab Public School, Nabha

16 dekabr, 2014
11:50
Hindistan 47 - 16 Azərbaycan
ing. Multipurpose Sports Stadium, Jalalabad, Fazilka

Ölkə O Q H M QB İB HF X
Hindistan 3 3 0 0 153 47 106 6
Danimarka 3 2 0 1 100 99 1 4
Azərbaycan 3 1 0 2 71 119 -48 2
ABŞ 3 0 0 3 79 138 -59 0
     Növbəti mərhələdə mübarizəni davam etdirmək hüququ qazanmış komandalar

Komandanın heyəti

Fayl:Kabaddi-2014.png
2014-cü ilin dekabr ayında Hindistanın Pəncab ştatında keçirilmiş Kabaddi üzrə Dünya Kuboku uğrunda mübarizəyə qatılmış Azərbaycan qadın milli kabaddi komandasının heyəti PTC News televiziyasının canlı yayımında göstərilmişdir.

Oyunçular

  • 1. Həyat Aslanova
  • 2. Layiqə Rəhimova
  • 3. Sevinc Cəfərzadə
  • 4. Ridana Qurbanova
  • 5. Marziqet Baqomedova
  • 6. Aida Səfərova
  • 7. İlahə Ağamirzəyeva
  • 8. Sevil Rüstəmzadə
  • 9. Səkinə Məmmədova
  • 10. Nigar İsmayılova
  • 11. Bəhriyyə Hüseynova (komandanın kapitanı)
  • 12. Leyla Nağızadə

Məşqçi

  • 1. Seyid Hadi Ərrubi

Xarici keçidlər

Azərbaycan komandasının oyunlarının canlı yayım videoları

Azərbaycan KİV-də