Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Aşağı Şabalıd

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:A{{YM |ad = AŞAĞI ŞABALID |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xə...' ilə yarat) tərəfindən edilmiş 17:38, 14 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Aşağı Şabalıd


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 678 nəfər



Aşağı ŞabalıdAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Şabalıd kəndi şimaldan Dağıstanla sərhəddir.

Aşağı Şabalıd Şəki rayonunun İncə inzibati ərazi vahidində kənd. Murdarçayın sahilindədir. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə ərazidə yetişdirilən Şabalıd bitkisinin adındandır[1].

Tarixi

Kəndin tarixi qədimdir. Kənddə olan toponimlərə görə kənd e.r. 4-5 əsrində salınıb. Kəndin yuxarı başında Kilsə Burnu adlanan ərazi var ki, bu da burada yaşayan insanların zərdüşlükdən sonra xiristian dininə staiş etməsini bildirir. VII-X əsirlərdə ərəblər Azərbaycana gəldikdən sonra əhali islam dinini qəbul etmişdir. Hal-hazırda bu misionerlərin nəslindən olan övliyaların qəbirləri qalmaqdadır. XX əsrin əvvələrində kənddə 4 böyük məscid və 5 su dəyirmanı olmuşdur. Bu dövürlərdə kənddə 30-a qədər Həcc ziyarətinə gedib-gəlmiş insanlar olmuşdur.

Mədəniyyəti

Kənd əhali sayına görə kiçik olsa da mədəniyyətin müxtəlif sahələri inkişaf etmişdir. Bunlardan biridə qədim musiqi aləti olan qara zurnada ifanın geniş yayılmasıdır.

Kənddən olan zurnaçı ifaçilarindan İlham və Xurşud Xəlilovlar, Süleyman Salahov, Camaləddin İsmayılov, Qismət Kərimov və başqaları bu ifanın ustalarıdır. Kəndin mədəniyyət evi, kitabxanası, feldşer-mama məntəqəsi fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

Asagı Şabalıd Şəki rayonunun şm. qə Böyük Qafqaz daglarının cənubunda yerləşir. Aşağı Şabalıd toponimi Sabalıd adından götürülüb. Üc tərəfdən dağlarla əhatə olunub.Qabaq hissəsindən Şin cayı axır. Kənd XX- əsrin I-yarsinda Şin çayı tərəfindən tamamən dağıdılmışdır. Dağlarin qoynunda yerləşən kəndin hündürlüyü okean səviyyəsindən 650 m-dir. Ən hündür yeri Güllü təpədir – 1820 m. Kənd iki dağ dərəsi arasında yerləşir. Aşağı Şabalıd kəndi mülayim iqlim qurşağında yerləşir. İqlim tipi- yağintıları ilboyu bərabərpaylanan mülayim isti tipdir. Kəndin iqlimi və təbiəti turizim ücün cox gözəl şərait yardıb.

Əhalisi

Aşağı Şabalıdın əhalisi 678 nəfərdir. Kəndin əhalisi azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı

Aşağı Şabalıd kəndində SSRİ dağılana qədər iqtisadiyyatının əsasını tütünçülük təşkil edir, ümümi gəlirinin 87.6 faizi onun payına düşürdü. İkinci gəlir sahəsi heyvandarlıq olmuşdur. Hal-hazırda kəndin əsas gəlir mənbəyi yenə də heyvandarlıq və tərəvəzcilkdir.

İstinadlar

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.