Bəhram Çələbi

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Kitabları) tərəfindən edilmiş 21:16, 20 oktyabr 2021 tarixli redaktə
Bəhram Çələbi
Mustafabəyli Bəhram Nütvəli oğlu
Bəhram Çələbi
Bəhram Çələbi.
Təxəllüsü Bəhram Çələbi
Doğum tarixi 26 oktyabr 1946 (1946-10-26) (77 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, energetika fakültəsi (–1969)

Bəhram Çələbi — yazıçı-jurnalist, daha çox kriminal avtoritetlər haqqında qələmə aldığı romanları ilə tanınır və bu mövzuda 10-dan çox kitabı çap olunmuşdur.

Haqqında məlumatlar

26 oktyabr 1946-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1964-cü ildə Nuxa şəhər 2 №-li orta məktəbini,

1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib.

Əmək fəaliyyəti

1969 – 1972-ci illərdə Sumqayıt Elmi-Tədqiqat İnstitutunda layihələşdirici mühəndis,

1972 – 1975-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika kafedrasında laborant,

1975 – 1978-ci illərdə yenidən Sumqayıt Elmi-Tədqiqat İnstitutunda layihələşdirici mühəndis,

1978 – 1980-cı illərdə Şəki Texniki Peşə məktəbində müəllim,

1980 – 1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru vəzifəsində işləyib.

1996-cı ildən əvvəl Bakıda “Kaspian Oyl” informasiya agentliyində, daha sonralar isə “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində çalışıb.

Yaradıcılığı

İlk olaraq dövri-mətbuatda idman mövzusunda məqalə, şeir və hekayələri, daha sonra “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində kriminal mövzuda məqalələri dərc olunub.

2003-cü ildən oğru dünyası mövzusunda kitabları çap olunmağa başlayıb. İlk kitabı “Diktator Ağakərim” romanı olub; bunun rus dilində tərcüməsi isə “Boq Urala” adı ilə oxuculara təqdim edilmişdir.

Kitabları

  • Diktator Ağakərim (2003);
  • Mamlyuk Cəbrayıl (2004);
  • Lotu Bəxtiyar (2003);
  • Lotu Bəxtiyar (I, II, III kitablar 2006, 2007, 2008);
  • Dağlı Cavanşir (2007);
  • Sabirabadlı Hikmət (2007);
  • Lotular, cayıllar və... (2010);
  • TT Nəriman (2010);
  • Zina Passajskaya (2013);
  • Lotu Bəxtiyar (2013);
  • Hakimiyyətə doğru yürüş (2014);
  • Rusiya mafiyasının liderləri (2014);
  • Yoqa hamı üçün (2015);
  • Rövşən Lənkəranski (2016);
  • Böyük qardaş Rövşən Lənkəranski (2017);
  • Oğru müharibələri (2019).

Ədəbiyyat

  1. Orsər R. Bəhram Çələbi // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 492. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Mirzəyev F. “Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar” MÜSAHİBƏ : [arx. 1 may 2013 - 14 iyul 2018-ci il] // Kulis.az. — 2013. — 25 aprel. — Müraciət tarixi: 08.10.2021.

Həmçinin, bax: