Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Bəhram Çələbi

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni ''''Bəhram Çələbi''' — Azərbaycan yazıçısı. == Həyatı == Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft...' ilə yarat) tərəfindən edilmiş 23:56, 16 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Bəhram Çələbi — Azərbaycan yazıçısı.

Həyatı

Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər[1] Şəki Şahmat Məktəbinin direktoru işləmişdir[2].

Yaradıcılığı

İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır.

1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib.

Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb. "Sabirabadlı Hikmət" romanı Moskvada 20 min, Azərbaycanda isə 12 min nüsxə satılmışdır.

Yazıçının "Lotu Söhbət", "Karzubı Vaqif", "Novxanılı Əliqardaş", "Krasavçik Ağakərimin məhbəs xatirələri", "Doktor Ağoppa", "dağlı Musa", "Dağlı Muğbil", "Olim Kirovabadskiy", "Zver Ələkbər", "Malışka Səfurə", Çolaq Böyükağa", "Qızıldiş Mamedin məhbəs gündəliyi" və sair romanları çapa hazır olsa da, maliyyə çatışmazlığı səbəbdən əlyazma halında qalmaqdadır[Mənbə göstərin].

İstinadlar

  1. kulis.az (26.04.2013). "Bəhram Çələbi: "Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar"" (azərb.). bolgexeber.com. İstifadə tarixi: 2014-05-30.
  2. Müsahibə

Xarici keçidlər