Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

"Bəhram bəy Nəbibəyov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 38: Sətir 38:
 
|Commons              =
 
|Commons              =
 
}}
 
}}
'''Bəhram bəy Nəbibəyov''' (1884–1930) — sovet ordusunun polkovniki; 1930-cu ilin aprel ayında [[Zaqatala-Şəki mahalı|Zaqatala-Şəki mahalında]] antibolşevik üsyanı başlayarkən Nuxa şəhərinin hərbi komissarı idi, üsyançılar tərəfə keçmiş və sovet qoşunları ilə döyüşdə öldürülmüşdür.  
+
'''Bəhram bəy Nəbibəyov''' (1884–1930) — sovet ordusu polkovniki; 1930-cu ilin aprel ayında [[Zaqatala-Şəki mahalı|Zaqatala-Şəki mahalında]] antibolşevik üsyanı başlayarkən [[Nuxa|Nuxa şəhərinin]] hərbi komissarı idi, üsyançılar tərəfə keçmiş və sovet qoşunları ilə döyüşdə öldürülmüşdür.  
  
 
== Haqqında məlumatlar ==
 
== Haqqında məlumatlar ==

20:29, 5 dekabr 2021 versiyası

Bəhram bəy Nəbibəyov
Nəbibəyov Bəhram bəy Qasım bəy oğlu
(rus.: Набибеков Бахрам бек Касум бек огли)
Bəhram bəy Nəbibəyov
Bəhram bəy Nəbibəyov.
Doğum tarixi 6 dekabr 1884(1884-12-06)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi aprel 1930(1930-04-00) (45 yaşında)
Vəfat yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Naciyə Sultanova, Aslan Sultanov
Atası Qasım bəy Nəbibəyov
Anası Əsmər
Həyat yoldaşı Aişə Sultanova
Hərbi fəaliyyəti
Rütbə polkovnik
Təltifləri III dərəcəli Müqəddəs Stanislav ordeni

Bəhram bəy Nəbibəyov (1884–1930) — sovet ordusu polkovniki; 1930-cu ilin aprel ayında Zaqatala-Şəki mahalında antibolşevik üsyanı başlayarkən Nuxa şəhərinin hərbi komissarı idi, üsyançılar tərəfə keçmiş və sovet qoşunları ilə döyüşdə öldürülmüşdür.

Haqqında məlumatlar

6 dekabr 1884-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Kutaisi Real Məktəbində və 1-ci dərəcəli Konstantinov artilleriya məktəbində (2 sinif) təhsil alıb.

Hərbi xidmətdə

1904-cü ildə rus ordusunda aşağı rütbə ilə hərbi xidmətə başlayıb.

1906-cı ildə podporuçik rütbəsi ilə 3-cü yüngül batareyanın 20-ci artilleriya briqadasında xidmət edib.

1909-cu ildə poruçik,

1919-cu ildə ştabs-kapitan rütbəsi alıb.

1913-cü ildə 3-cü yüngül batareyanın 20-ci artilleriya briqadasında 2-ci böyük zabit olub.

Birinci Dünya müharibəsində iştirak edib.

1914-cü ildə ön cəbhədəki artilleriya ehtiyatları komandirinin köməkçisi vəzifəsində işləməsi üçün 1-ci Qafqaz ordu korpusunun qərargahına ezam olunub.

1915-ci ildə türklərə əsir düşüb.

1918-ci ildə Azərbaycana qayıdıb və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etməyə başlayıb.

1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti ordusunun əvvəl 4-cü dağ batareyasına, daha sonra isə 2-ci artilleriya briqadasının 3-cü yüngül batareyasına komandir təyin olunub.

1919-cu ilin noyabrında birləşmiş qoşun dəstəsinin başında, düşmənin desant çıxarmağa cəhd edəcəyi təqdirdə Şüvəlan – Türkan rayonunda Abşeron yarımadasının sahillərini qorumaq üçün göndərilib.

1920-ci ilin mart ayının 24-də podpolkovnik rütbəsi alıb; həmin vaxt 2-ci artilleriya briqadasının komandiri idi.

1930-cu ilin aprelində Nuxa şəhərinin hərbi komissarı idi.

1930-cu ilin aprelində – Zaqatala-Şəki mahalında baş vermiş antibolşevik üsyanının başçılarından biri olub və sovet qoşunları ilə döyüşdə öldürülüb.

Təltif və mükafatları

Ədəbiyyat

  1. "Набибеков Бахрам-Бек-Кусум-Бек-Оглы". https://ria1914.info/ (русский). Офицеры русской императорской армии. 18 августа 2020. 5 Dec 2020 tarixində arxivləşdirilib.

Aidiyyəti linklər

  1. Список (по старшинству в чинах) генералам, штаб и обер-офицерам и классным чиновникам 20-й артиллерийской бригады. К 1-му января 1914 года. РГВИА, фонд №408, опись №1, дело №1052.
  2. Список (по старшинству в чинах) генералам, штаб и обер-офицерам и классным чиновникам 20-й артиллерийской бригады. К 1-му января 1915 года. РГВИА, фонд №408, опись №1, дело №1884.
  3. Карточка Набибеков Бахрам бек. Картотека бюро учета потерь в Первой мировой войне (офицеров и солдат). РГВИА, ящик 7494-М.