Bəxtiyar Məmmədov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
(Eyni redaktor tərəfindən edilmiş 6 ara dəyişiklik göstərilmir)
Sətir 3: Sətir 3:
  |adı                  = Bəxtiyar Məmmədov
  |adı                  = Bəxtiyar Məmmədov
  |tam adı              = ''Məmmədov Bəxtiyar Məmmədrza oğlu''
  |tam adı              = ''Məmmədov Bəxtiyar Məmmədrza oğlu''
  |şəkil                = Bəxtiyar Məmmədov1.jpg
  |şəkil                = Bəxtiyar_Məmmədov.png
  |şəklin ölçüsü        =  
  |şəklin ölçüsü        =
  |şəklin izahı          = Bəxtiyar Məmmədov.
  |şəklin izahı          = Bəxtiyar Məmmədov.
  |titul                = Azərbaycan SSR neft hasilatı sənayesi naziri
  |titul                = Azərbaycan SSR neft hasilatı sənayesi naziri
Sətir 26: Sətir 26:
  |uşağı                =  
  |uşağı                =  
  |imzası                =  
  |imzası                =  
  |mükafatları          = {{Oraq və Çəkic medalı}}{{Azərbaycan SSR dövlət mükafatı}}{{Azərbaycan SSR əməkdar mühəndisi}}{{SSRİ-nin fəxri neftçisi}}
  |mükafatları          = {{Oraq və Çəkic medalı}}{{Azərbaycan SSR Dövlət mükafatı}}{{Azərbaycan SSR əməkdar mühəndisi}}{{SSRİ-nin fəxri neftçisi}}
{{"Lenin" ordeni}}{{"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)}}{{"Oktyabr İnqilabı" ordeni}}{{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı}}
{{"Lenin" ordeni}}{{"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)}}{{"Oktyabr İnqilabı" ordeni}}{{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı}}
  |Commons              =
  |Commons              =
}}
}}
'''Bəxtiyar Məmmədov''' (1925–1989) —  Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, [[Sosialist Əməyi Qəhrəmanı]]. 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri olmuşdur.
'''Bəxtiyar Məmmədov''' (1925–1989) —  Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, [[Sosialist Əməyi Qəhrəmanı]]. 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır.


==Haqında məlumatlar==
==Haqında məlumatlar==
18 oktyabr 1925-ci il tarixdə Nuxada anadan olub.   
18 oktyabr 1925-ci il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub.   


=== Təhsili ===
=== Təhsili ===
Sətir 85: Sətir 85:
* [[Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı]] (197);
* [[Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı]] (197);
* [["Oktyabr İnqilabı" ordeni|“Oktyabr İnqilabı” ordeni]] (1971);
* [["Oktyabr İnqilabı" ordeni|“Oktyabr İnqilabı” ordeni]] (1971);
* [[Azərbaycan SSR dövlət mükafatı]] (1972).
* [[Azərbaycan SSR Dövlət mükafatı]] (1972).


=== Vəfatı ===
=== Vəfatı ===
Sətir 94: Sətir 94:


=== Xatirəsi ===
=== Xatirəsi ===
Bakıda və Şəkidə vaxtilə yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Şəkidə bir küçəyə adı verilib.
<gallery mode= packed-hover heights= "280px" widths= "320px" >
<gallery mode= packed-hover heights= "280px" widths= "320px" >
Şəkil:Bəxtiyar Məmmədovun evinin divarıbda büstü.jpg|Bəxtiyar Məmmədovun vaxtilə Bakıda yaşadığı evin divarına vurulmuş xatirə lövhəsi.
Şəkil:Bəxtiyar Məmmədovun evinin divarıbda büstü.jpg|Bəxtiyar Məmmədovun vaxtilə Bakıda yaşadığı evin divarına vurulmuş xatirə lövhəsi.

Səhifəsinin 03:31, 5 yanvar 2024 tarixinə olan son versiyası

Bəxtiyar Məmmədov
Məmmədov Bəxtiyar Məmmədrza oğlu
Bəxtiyar Məmmədov.
bayraqAzərbaycan SSR neft hasilatı sənayesi naziribayraq
1965 — 1970
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1925(1925-10-18)
Doğum yeri Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 26 mart 1989 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili Azərbaycan Sənaye İnstitutu, dağ-mədən mühəndisi ixtisası (1943–1949)
Elmi dərəcəsi texnika elmləri namizədi
Təltifləri

Sosialist Əməyi QəhrəmanıAzərbaycan SSR Dövlət mükafatı"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adıSSRİ-nin fəxri neftçisi

Lenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Oktyabr İnqilabı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Bəxtiyar Məmmədov (1925–1989) — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Sosialist Əməyi Qəhrəmanı. 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır.

Haqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

18 oktyabr 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1943 – 1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dağ-mədən mühəndisi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Ön sırada soldan birinci: Bəxtiyar Məmmədov, Leonid Brejnev, Heydər Əliyev.

1948 – 1949-cu illərdə əvvəl “Orconikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma köməkçisi, “Orconikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,

1949 – 1951-ci illərdə “Orconikidzeneft” trestinin qazma ustası, mədən istismarı üzrə 1-ci mədəndə böyük mühəndis,

1951 – 1952-ci illərdə “UmBakı” mədənində baş mühəndis,

1952-ci ildə “Qobustanneft” trestinin “UmBakı” mədəninin müdiri,

1952 – 1955-ci illərdə “Gürcənneft” (Neft Daşları) neft-mədən idarəsinin 1-ci və 2-ci mədənlərinin müdiri,

1955 – 1962-ci illərdə Sov.İKP XXII qurultayı adına neft-mədən idarəsinin rəisi,

1962 – 1963-cü illərdə əvvəl “Azneft” birliyinin rəis müavini, sonra baş mühəndisi,

1963 – 1965-ci illərdə “Başdənizneft” idarəsinin rəisi,

1965 – 1970-ci illərdə Azərbaycan SSR neft sənayesi naziri,

1970 – 1972-ci illərdə “Xəzərdənizneft” birliyinin rəisi,

1972 – 1974-cü illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin rəisi,

1974 – 1976-cı illərdə Nigeriyada müqavilə əsasında məsləhətçi,

1976 – 1982-ci illərdə “Hidrodənizneft” İnstitutunun elmi işlər üzrə direktor müavini,

1982 – 1986-cı illərdə “Bula-dəniz” NQÇİ-nin rəisi,

1986 – 1989-cu illərdə “Hidrodənizneft” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunun elmi-tədqiqat və təcrübə işləri üzrə şöbə müdiri vəzifəsində işləyib.

İctimai fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Bir dəfə SSRİ Ali Sovetinin (7-ci çağırış), dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı (4, 5, 6 və 8-ci çağırış), bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib. Sov.İKP XX qrultayının nümayəndəsi olub.

Bəxtiyar Məmmədov ailəsi ilə birlikdə.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1963-cü ildə namizədlik dissertasiyası müdafiə edib. Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. 50 elmi məqalənin müəllifidir. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

26 mart 1989-cu il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Üç övladı olub; oğlu Yaşar ARDNŞ-də məsul vəzifədə çalışır. Böyük qızı İntizar uşaq həkimidir, kiçik qızı Hicran isə ginekoloq işləyir.

Xatirəsi[Vizual redaktə | HTML redaktə]

Bakıda və Şəkidə vaxtilə yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Şəkidə bir küçəyə adı verilib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. MƏMMƏDOV Bəxtiyar Məmmədrza oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1982. — VI  cild. — Səhifələrin sayı:  647. — Səh.: 498. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Məmmədov Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 372-373. — 1.000 nüsx.
  3. Xoşbəxt Yusifzadə (18.10.2015). "Neftçi ömrünün bəxtiyarlığı". http://www.azerbaijan-news.az/ (azərb.). “Azərbaycan” qəzetinin saytı. 19 Oct 2020 tarixində arxivləşdirilib.